Şəhər haqqında məlumat

Yevlax rayonu 1938-ci ildə rayon tabeli şəhər statusu almışdır. 6 yanvar 1965-ci ildən respublika tabeli şəhərdir. 2010-cu ildə aparılmış siyahıya almanın yekunlarına əsasən Yevlax şəhərində 64.524 nəfər əhali yaşayır.

Coğrafiyası

Yevlax şəhəri Bakıdan 293 km aralı Kür çayının sağ sahilində, düzənlikdədir. (Gəncə-Qazax düzənliyinin cənub-şərqi, Qarabağ və Şirvan düzlərinin şimal-qərb kənarı). Yevlax şəhəri Qədim İpək yolunun üzərindədir. Qışı quraq keçən mülayim-isti yarımsəhra və quru çöl iqlimi var. Rayonda 1 şəhər, 1 qəsəbə, 48 kənd var. 20 icra nümayəndəliyi, 32 bələdiyyə fəaliyyət göstərir.

Tarixi

XX əsrin 80-ci illərində stansiya kimi salınan və uzun müddət əhali tərəfindən "Vağzal" kimi tanınan Yevlax XIX əsrin əvvəllərinə aid rəsmi sənədlərdə və mənbələrdə Yelizavetpol Quberniyasının Yevlax kəndi, 1920-ci ildən isə Cavanşir qəzasının Yevlax kəndi adlanmışdır. 1939-cu ilin fevralın 1-də Azərbaycan SSR Ali Sovetinin qərarına əsasən Yevlaxda Şəhər Soveti yaradılmaqla, Yevlaxa şəhər statusu verilmişdir. Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin 6 yanvar 1965-ci il tarixli fərmanı ilə Yevlax şəhəri respublika tabeliyində olan şəhərlər sırasına daxil edilmiş və Yevlax şəhərində sənaye müəssisələrinin tikintisinə başlanmışdır.