Yardımlıda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anıldı

Yardımlıda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anıldı

12 dekabr 2019-ci il tarixdə Yardımlı rayonu Heydər Əliyev Parkında Ümummilli Lider Heydər Əliyevin vəfatının 16-cı ildönümünə həsr olunmuş ümumrayon anım tədbiri keçirildi. Səhər saatlarından başlayan anım mərasimində rayon İcra hakimiyyətinin başçısı, rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, ziyalılar, II Dünya və Qarabağ müharibəsi veteranları və ictimaiyyət nümayəndələri iştirak edərək Ulu öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyaraq, Ulu Öndərin xatirəsini ehtiramla yad etmişlər. Daha sonra Rayon İcra Hakimiyyətinin tərəfindən rayonda fəaliyyət göstərən mərasim zalında 400 nəfərlik ehsan süfrəsi açıldı.