Azərbaycan Respublikasının Milli Qəhrəmanı həmyerlimiz Bəhruz Mansurov haqqında çəkilən sənədli filmin nümaişi oldu

Azərbaycan Respublikasının Milli Qəhrəmanı həmyerlimiz Bəhruz Mansurov haqqında çəkilən sənədli filmin nümaişi oldu

Xəbər verdiyimiz kimi, bu gün 23.XI.2019-cu ildə Yardımlı şəhərində Azərbaycanın Milli qəhrəmanı rayonumuzun Televar kəndindən, həmyerlimiz Bəhruz Qəhrəman oğlu Mansurovun qısa və mənalı həyatından bəhs edən “Qısa Ömrün uzun yolu” sənədli filmin nəhayət təqdimat və nümayişi tədbiri keçirilb.Tədbirə rayonun dövlət və ictimai təşkilat nümayəndələri, habelə gənclərdən ibarət fərdi gələnlər böyük həvəslə qatılıb.Gündüz saat 11:00-da başlayan tədbirdə ilk sözü Bakı şəhərindən təşrif buyuran Mədəni İnkişaf fondunun rəhbəri, filmin prodüseri Gəray Əlibəyov açmış və unudulmaz qəhrəmanın timsalında bütün şəhidlərin xatirəsini 1 dəqiqə sükutla yad etməyi salondan rica etmişdir.Bundan sonra Gəray müəllim “Bayfilm” yardıcı studiyasının istehsalı olan filmin mahiyyətindən, təşkilatçı və ərsəyə gətirən heyyətin böyük zəhmətindən danışmışdır.Sonra 34 dəqiqəlik filmin nümayişi olmuşdur.Filmin nümayişi başa çatandan sonra Gəray Əlibəyov filmin qüruluşçu rejissoru, bizim Telavar kəndindən olan, həm də istedadlı rejissor kimi tanınmış Sevindik Resulovu və ssenari müəllifi, yazıçı-publisist Vaqif Rəsuloğlunu kürsüyə dəvət etmuişdir.Onlar filmin çəkilişində kömək göstərən, himayə edən və ya dolayısı ilə dəstək olan hər kəsə minnətdarlığını bildirmiş, həm də bütün imkanları ortalığa qoyaraq unudulmaz Bəhruz Mansurovun mənalı həyat tarixçəsini böyük fəxarətlə lentə aldıqlarını söyləmişlər.Bundan sonra filmin yaradıcı heyyətinə öz minnətdarlığını bildirən Milli qəhrəmanın qardaşı Bəhram Mansurov Qəhrəman oğlu çıxış edərək bu tədbirə ev sahibliyi edən Yardımlı Rayon İcra Hakimiyyətinə öz minnətdarlığını bildrmişdir.