Azərbaycan Ordsunun şücaəti nəticəsində işğaldan azad olunmuş Füzuli rayonu

Azərbaycan Ordsunun şücaəti nəticəsində işğaldan azad olunmuş Füzuli rayonu

Azərbaycan torpaqlarının 30 illik yağı tapdağında qalmağı təkcə Ermənistan yox ,onların havadarlarının beynində bir fikir formalaşdırdı, sanki hakk-ədalət heç vaxt öz yerini tapmayacaq,işğal etdikləri ərazilərin qədim Azərbaycan torpaqlarının olması faktın unutmuşdular. Nəhayətki 44 günlük Vətən Müharibəsinin qələbə ilə sonlanması itirlmiş torpaqlarımızı bizə geri qaytardı.

2020-ci ilin 17 oktyabrında işğal altında olan Füzuli rayonu tamamilə azad edildi.Cəbrayıldan,Hadrutdan sonra böyük yaşayış məntəqəsi olan Füzulinin azadlıq əldə etməsi ordumuzun şücaətindən xəbər verirdi. 30 il ərzində güclü istehkamlar yaradan Ermənistan məyusluqla,çaş-baş halda Azərbaycan dövlətininin uğurlu siyasətini,Azərbaycan əsgərinin qəhrəmanlığını izlədi.

Müharibədən az bir müddət keçməsinə baxmayaraq aparılan abadlıq-quruculuq işləri Azərbaycan dövlətinin güclü potensialından,güclü iqtisadiyyatından xəbər verir. “Ağıllı kənd” layihələrinin icra olunması,yaradılacaq muzeylərin təməl daşlarının atılması, cəmi 8 ay ərzində hava limanının istifadəyə verilməsi Füzuliyə qayıdan həyatın gözəlliklərindən və Azərbaycan adlı məmləkətin qüdrətindən xəbər verir. Öz doğma yurd-yuvalarından qaçqın-köçgün düşmüş vətəndaşlarımız üçün hərtərəfli şərait yaradılır və tezliklə ata-baba yurdlarında yaşamaq fürsəti əldə edəcəklər.

Aqil Ağayev

Yardımlı rayon Heydər Əliyev Mərkəzinin direktoru