Siyasi varislik missiyası

Siyasi varislik missiyası

Uğurların əsasında duran siyasi peşəkarlıq —​ Bu gün Azərbaycan Respublikasının tərəqqi ,doğru inkişaf yolunda olması​ Heydər Əliyevin adı ilə bağlıdır. Bunun üçün çoxda uzaq tarixə yox, sadəcə 90-cı illərdə Heydər Əliyevin Azərbaycanın rifahı,sürətli inkişafı,söz sahibi olması üçün yürütdüyü dərin siyasəti xatırlamaq kifayətdir.Bu dönəmdə Azərbaycan naminə atılan qətiyyətli addımlar,planlı siyasət həqiqətəndə təqdirə layiqdir.Çünki bu gün Azərbaycanın neft sektorunda qazandığı uğurlu nəticələrin ilk addımları demək olarki əsas özəyi məhz Heydər Əliyevin iqtisadi sahədə apardığı siyasətin bariz nümunəsi olan ,1994-cü il 20 sentyabrda imzalanan «Əsrin müqaviləsi»dir. Tam əminliklə demək olar ki, Əsrin müqaviləsi bağlandıqdan sonra Azərbaycan iqtisadiyyatında önəmli dəyişikliklər,yüksək irəliləyişlər baş verdi.

Dövr dəyişilir,getdikcə müasirliyə doğru yol alır,bu müasirliyə dövrün tələblərinə uyğun ,dayanıqlı,uzaqgörən,xalqın rifahı naminə bütün riskləri gözə ala bilən müasir lider lazım olur. Təbii ki,sadalanan bu xüsusiyyətlər Heydər Əliyev siyasətində​ öz​ ​ əksini tapırdı. Amma bu siyasəti davam etdirmək üçün layiqli,dərin siyasətə malik lider lazım idi. Bu da heç sözsüz ki, siyasi varis,​ ​ bu gün də öz siyasi fəaliyyətində seçilən Heydər Əliyevin oğlu İlham Əliyevdir. 2003-cü ildən bu yana 18 ilə yaxın bir dövrü analiz etdikdə- siyasət yolunda uğurlar,iqtisadiyyat sahəsində iri planlı layihələr həm neft sektorunda,həm də qeyri-neft sektorunda atılan düşünülmüş addımlar,ən əsası da Vətən müharibəsində Azərbaycanın qələbə çalması,qələbədən az bir müddət sonra işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması,nəhəng infrasturktur layihələrin həyata keçirilməsi,xalqın milli maraqları üçün görülən işlər Heydər Əliyevin 2003-cü ildə öz namizədliyini geri çəkərək siyasi varisi İlham Əliyevin xeyrinə istifadə etməyi onun bir daha hakimiyyəti doğru siyasi liderə əmanət edtdiyini göstərdi.

Elşən Abışov

Yardımlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı