Uğurla yürüdülən daxili və xarici siyasət

Uğurla yürüdülən daxili və xarici siyasət

Uğurla yürüdülən daxili və xarici siyasət
Azərbaycan Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə yüksələn xətt üzrə davamlı olaraq inkişaf etməyə başladı. Ölkənin elə bir sahəsi olmadı ki, inkişafdan geri qalsın. İqtisadiyyatımız dinamik şəkildə yüksəliş dövrü keçdi.
Daxili siyasətin ən önəmli öncəliklərindən biri regionların sosial-iqtisadi inkişafı məsələsidir. Cənab Prezident İlham Əliyevin 22 iyul tarixində Qərb bölgəsinə səfəri çərçivəsində baş tutan açılışlar, təməl qoyma mərasimləri, istifadəyə verilən yollar məhz daxili siyasətin bu yönünə olan diqqətin təzahürüdür.
Regionların sosial iqtisadi inkişafı Dövlət proqramı hər bir bölgəmizə aiddir və uğurla icra edilir. O, cümlədən turizm mərkəzinə çevrilən Naftalanda görülən işlər, Goranboy, Daşkəsən rayonlarında çəkilən yollar, istifadəyə verilən xəstəxanalar, yeni yaradılan iş yerləri və s. regionların inkişafına xidmət edən siyasətdən xəbər verir.
Bütün Respublika üzrə bu tədbirlərin davamlı olaraq həyata keçirilməsi üçün güclü iqtisadi potensial vacib və başlıca şərtdir ki, bu da bizim ölkəmiz üçün xarakterik xüsusiyyətdir.
Son dönəm dünyada gedən proseslərə nəzər salsaq görərik ki, əksər ölkələr hələ də iqtisadi tənəzzül dövründən hələ çıxa bilməyiblər. Azərbaycan iqtisadiyyatı isə nəinki tənəzzül yaşadı hətda bu dövrdə belə durmadan inkişaf edir. Qeyri neft sektorunun inkişafı, Daşkəsəndə yeni qızıl yatağının istifadəyə verilməsi, ənənəvi dəmir filiz yataqlarının işlənilməsinə dair planların olması, uzun illər xarici şirkətlərin qanunsuz olaraq qızıl və digər mədənlərimizdən istifadələrinin qarşısının alınması və hüquqi müstəvidə həllinə yönəlik tədbirlərin həyata keçirilməsi, eyni zamanda lazım olmayan layihələrə investisiya yatırmamaq, bütün xərclərə dövlət nəzarətinin həyata keçirilməsi iqtisadiyyatımızın inkişafı və o cümlədən işğaldan azad olunmuş torpaqlarımızın dirçəldilməsi üçün atılan uğurlu addımlardır. Əgər bu gün Ermənistan böyük mənəviyyatsızlıq göstərməyib mina xəritələrini vermiş olsaydı bu gün görülən işlərdən qat- qat artıq infrastruktur layihələri icra olunmuşdu.Ermənistanın məğlub olması hələ uzun illər onlar və havadarları üçün məyusluq səbəbi olacaq, bu cür mənəviyyatsız addım atmaqla sanki intiqam hissini yaşamağa çalışırlar. Lakin nə Ermənistan nə dəki ermənipərəst qüvvələr unutmamalıdırlar ki, Azərbaycan 30 ili 44 günlə əvəz etdi, Azərbaycan əsgərinin təkcə Şuşada göstərdiyi şücaət hərb və tarix kitablarına yazılacaq qədər qiymətli və dəyərli oldu.
Azərbaycan dünyada tək- tək ölkələr sırasındadır ki, sözü ilə əməli bir birini tamamlayır, Avropa İttifaqı ilə, o cümlədən digər tərəfdaş ölkələrlə əməkdaşlığını uğurlu şəkildə davam etdirir.
Məmmədzadə Zeynəb
Yardımlı rayon Heydər Əliyev Mərkəzinin kiçik elmi işçisi