Yaxın mədəniyyət müəssisələri

Yaxın mədəniyyət müəssisələri

Heydər Əliyev Parkı

Yardımlı rayon Heydər Əliyev parkı 05 sentyabr 2013-cü ildən fəaliyyət göstərir. Parkın ümumi sahəsi 10 000kv.m-dir.

Yardımlı Rayon Tarix-Diyarşünaslıq Muzeyi

Yardımlı Rayon Tarix-Diyarşünaslıq muzeyi 29 noyabr 1981-ci ildən fəaliyyət göstərir. Muzey 2008-ci ildən fotoda görünən bu uyğunlaşdırılmış binadadır. Muzeyin ekspozisiyasının ümumi sahəsi 350 kv.m-dir. Ekspozisiya sərgi sahəsi 300 kv.m, fond otağı isə 15 kv.m-dir.Muzeyin ümumi fondunda 6000-ə yaxın muzey əhəmiyyətli materiallar olmaqla bu diyarın tarixini, habelə Vətən tarixinin bir hissəsini özündə ehtiva edir. Muzeyin ekspozisiyası 8 otaqdan ibarətdir. Burada "Yardımlının təbiəti", "Yardımlı antik və orta əsrlərdə", "Yardımlı etnoqrafiyası", "Yardımlı rayonun yaranması", "Sovetlərin rayonda sosial-mədəni sahədə fəaliyyəti", "Yardımlı 40/80-ci illərdə", "Müstəqilliyimiz uğrunda mübarizədə şəhidlərimiz" və "Yardımlı rayonu müstəqillik illərində" adlı bölmə və guşələri ekspozisyada gələn tamaşaçılara dolğun məlumat verir.