Muzey

Azərbaycanın bütün bölgələri kimi Yardımlının da inkişafına daim yüksək diqqət və qayğı göstərmiş Ulu Öndərin həyat və fəaliyyətinin, zəngin dövlətçilik irsinin öyrənilməsi məqsədi ilə 2005-ci ildə yaradılmış Heydər Əliyev Mərkəzi 2013-cü ildə əsaslı şəkildə yenidən qurulmuş və fəaliyyətə başlamışdır. Muzeydə olan ekspozisiyalar Ümummilli Lider Heydər Əliyevin şərəfli ömrünü qısa xülasə formasında əks etdirir. Hər bir azərbaycanlı bilirki, Heydər Əliyev ömrünü vətəninə, xalqına həsr etmişdir. Heydər Əliyev Mərkəzinin və muzey elmi-ekspozisiya və ekskursiya-kütləvi şöbələrinin əməkdaşları sürüşkən iş qrafiki üzrə bazar ertəsindən başka həftənin bütün günləri saat 10:00-dan 18:00-dək, inzibati heyətin və digər şöbələrin əməkdaşları isə adi iş qrafiki ilə həftənin I-V günləri 09:00-dan18:00-dək fəaliyyət göstərir. Heydər Əliyev Mərkəzinin 2-ci mərtəbəsində Ulu Öndərin həyat və yaradıcılığını əks etdirən muzeyin sahəsi 684 kv.m-dir. Muzeyin ekspozisiya-sərgi sahəsi 132,60 kv.m-dir. Muzeydə eksponatların sayı 133, sənədlərin sayı isə 28-dir. Muzey 11 hissədən ibarətdir.

Mərkəzdə yerləşən fondda 295 eksponat var. Fondun tərkibi kitab, şəkil və sənədlərdən ibarətdir: 158 kitab, 105 foto, 28 sənəd, 4 disk.

I hissə: Ulu Öndərin uşaqlıq və yeniyetməlik dövrünü əks etdirən fotolar. (1923-1939)

II hissə: Ulu Öndərin Dövlət Təhlükəsizlik Komitəsində çalışdığı dövrün fotoları əks olunmuşdur. (1940-1956)

III hissə: Ulu Öndərin Azərbaycan KPMK-nın birinci katibi vəzifəsində çalışdığı dövrü. (1969-1982)

IV hissə: Ulu Öndərin siyasi dövlətçilik fəaliyyətinin Moskva dövrü. (1982-1990)

V hissə: Ulu Öndərin siyasi fəaliyyətinin Naxçıvan dövrü. (1990-1993)

VI hissə: Ulu Öndərin Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrü. (1993-2003)

VII hissə: Ulu Öndərin Azərbaycan ordusuna göstərdiyi diqqət və qayğını əks etdirən fotolar. (Heydər Əliyev Azərbaycan ordusunun qurucusudur)

VIII hissə: Ulu Öndərin zəkasından və qətiyyətindən yaranmış Yeni Azərbaycan Partiyası.

IX hissə: Ulu Öndərin fotosunun əks olunduğu böyük bir tablo

X hissə: Prezident İlham Əliyevin Yardımlı Rayonuna səfərləri. (2005-2006-2013)

XI hissə: Ulu Öndər Heydər Əliyevin böyük məhəbbəti