Kitabxana

Yardımlı rayon MKS-in 1 saylı şəhər kitabxana filialı 25 sentyabr 2017-ci il tarixindən Yardımlı rayon Heydər Əliyev Mərkəzində fəaliiyyətə başlamışdır. Təşkil olunan vaxtdan təbliğat müəssisəsi olaraq, həm fərdi, həm də Heydər Əliyev Mərkəzinin təşkil etdiyi tədbirlərə qoşularaq rayonun bütün kütləvi tədbirlərində yaxından iştirak etmişdir.

Yardımlı rayon MKS-in 1 saylı şəhər kitabxanası oxucuların xüsusilə də məktəblilərin maraqlarını nəzərə almaqla təşkil etdiyi tədbirlərdə müasir informasiya tələbatının ödənilməsində fəallıq göstərməyə çalışmışdır. İş fəaliyyətində hər il üçün tərtib olunmuş illik iş planına əsaslanaraq, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin,Masallı Regional Mədəniyyət İdarəsinin, Yardımlı rayon İcra Hakimiyyətinin bütün tapşırıqlarının icrasının həyata keçirilməsinə səy göstərmişdir.

841 nəfər oxucusu (Virtual oxucuların sayı-696) vardır. Ümumi fondda 3039 nüsxə latın qrafikalı ədəbiyyat, 429 nüsxəsi rus dilində, 37 nüsxə ingilis dilində, 18 nüsxə digər dillərdə olan ədəbiyyatdır. Ümumi fonddan 206 nüsxə təbiət, səhiyyə və tibb, 91 nüsxə texnika, kənd və meşə təsərrüfatı, 511 nüsxə ictimai humanitar elmlər və siyasət, 32 nüsxə iqtisadiyyat, 30 nüsxə hüquq, 779 nüsxə elm, təhsil, mədəniyyət, incəsənət və turizm, 6567 nüsxə filologiya və bədii ədəbiyyat, 117 nüsxə din, fəlsəfə və psixologiya, 237 nüsxə biblioqrafik vəsaitlər və məlumat nəşrləri, 77 nüsxə Audiovizual sənədlər.