Heydər Əliyev və Yardımlı

Ulu Öndər Yardımlı rayonuna daim diqqət və qayğı göstərmişdir. Bunun nəticəsi olaraq, Ulu Öndərin Yardımlı sakinləri ilə görüşü, sakinlərin xatirələrində unudulmaz, xoş təssüratlarla iz buraxmışdır. Ulu Öndər Heydər Əliyev Yardımlı sakini, veteranlar şurasının sədri Hüseynov Şahbaz Əli oğlu ilə 1995-ci ildə qələbənin 50 illiyi münasibəti ilə görüş keçirmişdir. Görüşdə Ulu Öndər veteranlara hər zaman diqqət və qayğı göstərilməyin vacib olduğunu bildirib.Ulu Öndər 1995-ci ilin iyun ayında Yardımlı sakini Milli Qəhrəman Mansurov Bəhruz Qəhrəman oğlunun atası Mansurov Qəhrəman ilə görüş keçirib. Ulu Öndər 1999-cu ilin mart ayının 17-də növbəti dəfə Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mansurov Bəhruz Qəhrəman oğlunun atası ilə görüş keçirmişdir. Görüşdə Qəhrəmanın atası öz kitabını Ulu Öndərə hədiyyə etmişdir. Ulu Öndər 1977-ci ildə Yardımlı sakini Fərruxov Etibar Məmməd oğlu ilə görüş keçirmiş və onun Xarkov şəhərində təhsil almağı üçün köməklik göstərmişdir.