“Bütün bəşəriyyətin ən ağrılı problemi;narkomaniya” adlı tədbir keçirilmişdir.

“Bütün bəşəriyyətin ən ağrılı problemi;narkomaniya” adlı tədbir keçirilmişdir.

Noyabrın 25-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində tədbirlər planına müvafiq olaraq “Bütün bəşəriyyətin ən ağrılı problemi;narkomaniya” adlı tədbir təşkil olunmuşdur.

Tədbirdə Mərkəzin rəhbərliyi,əməkdaşları, rayon Peşə Məktəbinin müəllim və şagird kollektivi, o cümlədən rayon psixoloqlar birliyinin sədri Qadir İbişov iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Aqil Ağayev bütün bəşəriyyəti ağuşuna alan “Ağ ölüm” və onun yaratdığı fəsadlar haqqında geniş məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Sonra Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə narkomaniyanın yaratdığı fəsadların qarşısının alınması məqsədilə görülməli tədbirlər və təbliğatın önəmindən bəhs etdi.

Daha sonra psixoloq Qadir İbişov mövzu ilə bağlı geniş məruzə ilə çıxış etdi. Q.İbişov cəmiyyətin əsas özəyi hesab olunan ailənin təməllərini ciddi sarsıdan, ailə dağılmalarına səbəb olan sosial bəladan uzaq olmanın təməl prinsiplərini qeyd etdi. Daha sonra məktəbin şagirdi Mirnağı Sultanlı mövzuya dair fikirlərini bildirdi.

Sonda narkomaniyanın doğurduğu faciələrdən bəhs edən “Bəla” filmi nümayiş etdirildi.