Narkomaniya mövzusu ilə əlaqədar növbəti tədbir keçirilmişdir.

Narkomaniya mövzusu ilə əlaqədar növbəti tədbir keçirilmişdir.

Narkomaniya mövzusu ilə əlaqədar növbəti tədbir keçirilmişdir.

11 iyun tarixində Yardımlı rayon Heydər Əliyev Mərkəzinin kiçik elmi işçisi Məmmədzadə Zeynəb rayonun Abıyev adına Köryədi kənd orta məktəbində “Narkomaniya insanın mənəviyyatını məhv edir” adlı məruzə ilə çıxış etmişdir.

Məruzədə narkotik maddələrin qəbulunun insanın həyat tərzinə vurduğu fiziki və psixoloji zərərlərdən, bu bəlanın ilkin qurbanlarının az yaşlılar olmasından, narkotik vasitələrin insanın şüurunu zəiflətməsindən və bu bəlanın cinayətkarlığı,zorakılğı artırmasından ,ailələrin dağılmasına birbaşa təsir etməsindən ətraflı bəhs edilmişdir. Naromaniyaya düçar olmuş şəxslərin bu bəladan qurtulması üçün dövlətimiz tərəfindən atılan hərtərəfli addımlardan yəni həm inzibati qaydada görülən tədbirlərdən, həm də tibb xidmətinin yaxşılaşdırılmasından danışılmışdır.

Tədbirin sonunda məktəblilərə savadlı,sağlam, dövlətmizə,xalqımıza layiqli vətəndaş olmaları arzulanmışdır.