"Aşıq Qapı" günləri

25 may 2020-ci il tarixindən Ramazan bayramı və 28 May Respublika Günü münasibətilə vətəndaşların vaxtının səmərəli təşkil olunması məqsədilə Yardımlı Heydər Əliyev Mərkəzində "Açıq qapı" günlərinə başlanılmışdır.Bu gün Mərkəzimizə gələn ziyarətçilərə 28 May Respublika günü ilə bağlı Cumhuriyyət tarixindən və ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, zəngin siyasi irsi barədə ətraflı məlumat verilmişdir.Ziyarətçilər Mərkəzə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul olunan zəruri sosial davranış, sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun qəbul edilmişdir.