"Gənc rəssamlar" dərnəyi

2017-ci ildən Yardımlı rayon Heydər Əliyev Mərkəzində "Gənc rəssamlar" dərnəyi fəaliyyətə başlamışdır. Dərnəyin yaradılmasında məqsəd rəsm sahəsi üzrə istedadı olan uşaqların bacarığının önə çıxmasına şərait yaratmaqdır. Dərnəkdə rayonumuzun bütün məktəblərindən şagirdlər iştirak edir. Dərnəyin rəhbəri Qasımov Ramin Əhməd oğlu tərəfindən şagirdlərə Azərbaycanın tanınmış rəssamlarının əsərləri haqqında məlumat verilir və rəsm sənətinin sirləri öyrədilir. Şagirdlərin əl işləri rayon tədbirlərində nümayış etdirilmiş və birinci yerə layiq görülmüşdür.

Dərnək həftədə iki dəfə keçirilir.