Rayon haqqında məlumat

Yardımlı rayonu inzibati rayon kimi, 8 avqust 1930-cu ildə Vərgədüz rayonu adı ilə təşkil edilib. Rayonun təşkili tarixinədək bu ərazi inzibati cəhətdən Lənkəran dairəsinə daxil idi. Təşkil edildiyi tarixdə inzibati mərkəzi Yardımlı kəndi idi. 1 noyabr 1931-ci il tarixinə 900 kv.km olan rayon ərazisində 97 kənddə 1 yanvar 1930-cu il tarixinə olan cari hesablamalara əsasən 20.651 nəfər əhali yaşayırdı. 1938-ci ildə rayon, inzibati mərkəzinin adına uyğun olaraq Yardımlı rayonu adlandırıldı. Etimologiya-Budaq Budaqovun fikrinə görə Yardımlı toponimi etnonim olub. VIII əsrin sonlarından Ural-Volqa çayları arasında yaşamış peçeneqlərin qədim mənbələrdə erdim-erdem kimi qeyd olunmuş tayfasının adından və mənsubiyyət bildirən li şəkilçisindən ibarətdir. XII-XIII əsrlərdə Şimali Qafqazdan qıpçaqların Azərbaycana gəlişində peçeneqlər də iştirak etmişlər. Tədqiqatçıların ehtimalına görə, erdem tayfası da peçeneqlərlə Azərbaycana bu vaxt gəlmişlər. Rayon 30 inzibati ərazi vahidindən, 30 bələdiyədən, 88 yaşayış məntəqəsindən, o cümlədən 1 şəhər və 87 kənddən ibarətdir. 01.01.2019 tarixə rayonda mövcud əhalinin sayı 67.200 nəfər olmuşdur. Rayonda 3 nəfər rus, 1 nəfər gürcü və 2 nəfər digər millətin nümayəndəsi yaşayır. Görkəmli şəxslər-Musa Qasımlı-Milli Məclisin deputatı, Azərbaycan Milli Elimlər Akademiyası Qafqazşünaslıq İnstutunun direktoru, AMEA-nın müxbir üzvü, professor. Təmraz Təmrazov-Biologiya elmlər namizədi, dosent. Sabir Rüstəmxanlı-Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi. Vüqar Eyyub oğlu Cəfərov-Nyu York vəkillər kollegiyasının həqiqi üzvü, ABŞ Müsəlman Vəkillər Assosiasiyasının vitse-prezidenti. Rafiq Ələkbər hüquqşünas, prokror, şair. Gülağa Abışov-El-Plastik LTD-nin Prezidenti.