Mərkəz haqqında məlumat

Mərkəz haqqında məlumat

Azərbaycanın bütün bölgələri kimi, Yardımlı rayonunun da inkişafına daim yüksək diqqət və qayğı göstərmiş Ulu Öndərin həyat və fəaliyyətinin, zəngin dövlətçilik irsinin daha dərindən öyrənilməsi məqsədi ilə Heydər Əliyev Mərkəzi yaradılmışdır. Mərkəzin tikintisinə 2012-ci ilin mayında başlanmış və 2013-cü ilin avqustunda başa çatdırılmışdır. Heydər Əliyev Mərkəzinin açılışı, cənab Prezident İlham Əliyevin iştirakı ilə 04. 09. 2013-cü il tarixində olmuşdur.

Müasir memarlıq üslubunda tikilmiş mərkəzdə Ümummilli Liderin genişmiqyaslı siyasi və dövlətçilik fəaliyyətini əks etdirən 133 eksponatdan ibarət ekspozisiya zalı, 2 konfrans zalı, foto və poliqrafiya studiyaları, rəssamlıq, heykəltaraşlıq və toxuculuq dərnəkləri, rəsm və dizayn studiyaları, virtual siniflər, 3D formatlı kinozal, tarix kabineti, kompyuter kursları fəaliyyət göstərir.

Mərkəzin ümumi yerləşdiyi sahə 10 000 kv.m-dir. Mərkəzin yerləşdiyi sahə isə 710 kv.m-dir. Mərkəzin binası 2 mərtəbədən ibarətdir. 1-ci mərtəbənin foesində Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən guşə yerləşmişdir. Bundan əlavə 1-ci mərtəbədə kompyuter otağı, foto studiya, rəsm dərnəyi, nikah mərasimləri otağı, tədris otağı və 8700 kitab fondu olan şəhər kitabxanası yerləşir.

2-ci mərtəbənin foesində kətan üzərində yağlı boya və zərif muncuqlarla işlənmiş, Ümummilli Lider Heydər Əliyevin və cənab Prezident İlham Əliyevin, əl işi ilə hazırlanmış portiretləri vardır. Həmçinin 2-ci mərtəbədə intellektual oyun otağı, ədəbiyyat dərnəyi, ingilis dili kursu, 3D kinozalı, konfrans zalı, virtual sinif otağı və 684 kv.m sahəsi olan Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən muzey yerləşmişdir.