Mərkəzin binası

Azərbaycanın bütün bölgələri kimi, Yardımlı rayonunun da inkişafına daim yüksək diqqət və qayğı göstərmiş Ulu Öndərin həyat və fəaliyyətinin, zəngin dövlətçilik irsinin daha dərindən öyrənilməsi məqsədi ilə 2005-ci ildə yaradılmış Heydər Əliyev Mərkəzi 2013-cü ildə əsaslı şəkildə yenidən qurulmuşdur və fəaliyyətə başlamışdır.

Mərkəzin binasının ümumi sahəsi 10 000 kv.m-dir. Binanın uzunluğu 40 metr, eni 12 metr, hündürlüyü 9 metrdir. Bina iki mərtəbədən ibarətdir. Bina Heydər Əliyev prospektində yerləşir və Heydər Əliyev parkı ilə əhatə olunur.