Deputat Ramil Həsən 10.02.2021-ci il tarixində Ucar rayonunda vətəndaşları qəbul etdi

Deputat Ramil Həsən 10.02.2021-ci il tarixində Ucar rayonunda vətəndaşları qəbul etdi

Azərbaycan Respublikası Milli Məclisinin 91 saylı Ucar Seçki Dairəsindən seçilmiş deputatı Ramil Həsən 10.02.2021-ci il tarixində Ucar rayonunda vətəndaşların qəbulu çərçivəsində ilk öncə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoymuş, əziz xatirəsinə ehtiramını bildirmişdir. Deputat Ucar rayon İcra başçısı cənab Mənsur Məmmədovla bir araya gələrək qarşılıqlı fikir mübadiləsi aparmışdır, daha sonra Ucar rayon Heydər Əliyev Mərkəzinin inzibati binasında saat 10:00-dan 15:30-a qədər çoxsaylı Ucar rayon sakinlərindən ibarət seçiciləri qəbul etmişdir. Yumşaldılmış karantin dövrünün tələblərinə uyğun formada keçirilən qəbul, seçiciləri narahat edən problemlərin aradan qaldırılması baxımından faydalı və məhsuldar olmuşdur. Vətəndaşlar tərəfindən qaldırılan problemlərdən içməli su təchizatı, suvarma sisteminin təkmilləşdirilməsi, işıq dirəklərindəki narahatlıq, məşğulluq və işsizlik, əlilliyin təyini, sosial müavinət, müalicə ilə bağlı müraciətlər, şəxsi problemlərin həlli kimi məsələlər görüş zamanı ən çox səsləndirilən fikirlərdən olmuşdur. Vətəndaşlar, o cümlədən Şəhid və Qazi ailəri tərəfindən qaldırılan problemlərin bir qismi yerində öz həllini tapmış, digər qisminin isə müəyyən zaman çərçivəsində həll olunacağı tərəfimizdən bildirilmişdir.

Seçicilərin hər birinin arzu və istəkləri, eyni zamanda qaldırmış olduqları problemlər, vətəndaşların hər bir təklif və tələbi millət vəkili Ramil Həsən tərəfindən diqqətlə dinlənilmiş, qanun çərçivəsində öz həllini tapması üçün müvafiq qurumlara ünvanlamaqla nəzarətdə saxlanılacaqdır.

Seçicilərə görüşdə göstərdikləri səbrli və xoş münasibətə görə təşəkkür edirik.