Yaxın mədəniyyət müəssisələri

Ucar rayon Heydər Əliyev Parkı

3 hektara yaxın ərazisi olan xüsusi ornament və kompozisiya ilə qurulmuş parkda Ulu öndərin əzəmətli heykəli ucaldılıb. Parkda 4 müəssisə (Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzi, Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatı, Tarix-Diyarşünaslıq Muzeyi) fəaliyyət göstərir.Ərazidə 4 müasir fəvvarə quraşdırılıb, işıqlandırma sistemi yaradılıb, dekorotiv ağac və gül kolları əkilib. Park Ucar əhalisi ilə yanaşı rayona gələn qonaqların da sevimli istirahət məkanına çevrilib.

Ucar rayon Tarix-Diyarşünaslıq muzeyi

Ucar rayon Tarix-Diyarşünaslıq Muzeyi 1986-cı ildən fəaliyyət göstərir. Muzey 2015-ci il oktyabrın 6-da yeni binaya köçmüşdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev binanın açılışında iştirak etmişdir. Bina 2 mərtəbəlidir. Sahəsi 573 kv.m-di.Burada rayonun Ramal kəndi ərazisindən tapılmış Qafqaz Albaniyası dövrünə aid gil qablar tamaşaçıların xüsusi marağına səbəb olur.

Ucar rayon Şahmat Məktəbi

Ucar şəhərində şahmat məktəbi Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilib. 2011-ci il oktyabrın 30-da Prezident İlham Əliyev şahmat məktəbinin açılışında iştirak edib.

Şahmat kompozisiyası formasında tikilmiş məktəbin ümumi sahəsi 820 kvadratmetrdir. Binanın girişi piyada, ətrafı top fiqurları, mərkəzi hissəsi isə şah fiquru formasındadır.

Birmərtəbədən ibarət olan məktəbdə beş tədris, bir kompyuter otağı və xidməti otaqlar vardır. Məktəbin oyun zalının sahəsi 210 kvadratmetrdir. Zalda eyni vaxtda 140 şagird şahmat oynaya bilər. Oyunların canlı izlənilməsi üçün xüsusi monitor yerləşdirilib.

Məktəb müasir havalandırma sistemi ilə təchiz olunub, ətraf ərazidə yaşıllıqlar salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb.