Muzey

Muzey Mərkəzin birinci mərtəbəsində yerləşir. Muzeyin ekspozisiyası 4 bölmədən ibarətdir.

1.Kadrla görüntülər.

2.Şəkillər.

3.Sənədlər.

4.Kitablar.

Kadrla görüntülərdə Heydər Əliyevin ailə şəkilləri və siyasi fəaliyyətini əks etdirən şəkillərin xronologiyası təqdim olunur.

Şəkillər bölümü 7 hissəyə ayrılır.

1- ci hissədə Heydər Əliyevin valideynlərinin, qardaşlarının, qohumlarının şəkilləri yer alır.Həmçinin məkəb tədbirlərinin birində tamaşa zamanı çəkilən fotoşəkil də var. Burada onun çox sevdiyi İlandağ mənzərəsi də yer alır. 1941-1968-ci illər ərzində Dövlət Təhlükəsizlik sistemində çalışan Heydər Əliyev leytenant rütbəsindən general-mayor rütbəsinə qədər yüksəldiyi şəkillər də var.

2- ci hissədə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olduğu dövrün şəkilləri əhatə edir.Şəkillərdən də aydın olur ki,o, çox sadə bir insan idi. Həmişə xalqın arasında olması,onların problemləri ilə maraqlanması onun əvəzsiz siyasi xadim olması kimi təkrarsız bir insan olmasına sübut idi.

3- cü hissədə 1978-ci ildə rayonumuza gəlişi əks olunmuşdur. Heydər Əliyev rayonu gəzmiş, kənd zəhmətkeşləri ilə görüşərək kolxoz və sovxozlara gedib iş prosesi ilə yaxından tanış olmuşdu.

4- cü hissədə isə 1982-1987-ci illərdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi bürosunun üzvü, SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini təyin olunduğu illər əks olunmuşdu.

5- ci hissədə isə 1990-1992-ci illərin şəkilləri yer alır.

6- cı hissədə isə Heydər Əliyevin hakimiyyətə ikinci dəfə gəlişi göstərilir. Bu dönüşlə sanki Azərbaycana yeni bir günəş doğdu.1993-cü il prezident seçkilərində xalqın yüksək fəallığı nəticəsində ölkə başçısı seçildiyi dövrün şəkilləri yer alır.

7- ci hissədə isə 1998-ci il prezident seçkilərindən qazandığı uğurdan sonrakı dövrü əhatə edir.

Sənədlər bölməsində dahi şəxsiyyətin ayrı-ayrı illərdə aldığı mükafatlar, diplomlar, qramotalar nümayiş etdirilir.

Kitablar bölməsində onun siyasi fəaliyyətini əks etdirən kitablar nümayiş olunur. Heydər Əliyevin daxili və xarici siyasətini yerli və xarici diplomatlar tərəfindən araşdırmaları müxtəlif dillərdə çap olunub.