Rəhbərlik və əməkdaşlar

1.Direktor-.Qəribova Mətanət Məmmədbağır qızı

2.Baş mühafiz- Mehdizadə Tacəddin Mirzəli oğlu

3.Böyük elmi işçi- Qəhrəmanova Aybəniz Hüsən qızı

4.Bələdçi- Qəhrəmanova Çinarə Alı qızı

5.Mərkəz baxıcısı- Əliyeva Vüsalə Teymur qızı

10.Texniki işçilər- 9

Direktor

Qəribova Mətanət Məmmədbağır qızı 16 dekabr 1984-cü ildə Ucar rayonunda anadan olmuşdur. 2006-cı ildə Azərbaycan Müəllimlər İnstitutunun ibtidai təhsilin pedaqogikası və metodikası fakültəsini bitirmişdir. 08.01.2007-ci il tarixdən Heydər Əliyev Muzeyinə ekskursiyaçı vəzifəsinə təyin edilmişdir. 2008-ci il noyabrın 18-də Ucar Rayon Heydər Əliyev Muzeyinə direktor vəzifəsinə təyin edilmişdir. 2007-ci ildən YAP Ucar təşkilatının üzvüdür.

Baş fond mühafizi

Mehdizadə Tacəddin Mirzəli oğlu 8 iyul 1993-cü ildə Bakı şəhərində anadan olmuşdur. 2015- ci ildə Mədəniyyət və İncəsənət Universitetinin Estrada sənəti fakültəsini bitirmişdir. 01.04.2017- ci il tarixindən Heydər Əliyev Mərkəzində baş fond mühafizi vəzifəsinə təyin edilmişdir. YAP Ucar təşkilatının üzvüdür.

Böyük elmi işçi

Qəhrəmanova Aybəniz Hüsən qızı 11 aprel 1985- ci ildə Ucar rayonu Qulabənd kəndində anadan olmuşdur. 2006-ci ildə Ağdaş Dövlət Humanitar Kollecinin Xocəvənd şöbəsinin İbtidai sinif müəlliməsi fakültəsini bitirmişdir. 02.07.2018-ci il tarixdən Ucar Rayon Heydər Əliyev Mərkəzinə böyük elmi işçi vəzifəsinə təyin edilmişdir. YAP Ucar təşkilatının üzvüdür.

Bələdçi

Qəhrəmanova Çinarə Alı qızı 6 iyun 1987-ci ildə Qazaxıstan Respublikasının Qaqarin rayonunda anadan olmuşdur. 15.01.2008-ci il tarixindən Məlikballı kənd klubuna müdir təyin edilib.24.06.2008-ci il tarixindən müvəqqəti olaraq Ucar Rayon Heydər Əliyev Muzeyində böyük elmi işçi vəzifəsində işləyib. 27.11.2008-ci il tarixindən Ucar Rayonu Heydər Əliyev Muzeyinə bələdçi təyin edilib. Hal- hazırda Mingəçevir Turizm Kollecinin muzey işi və abidələrin mühafizəsi fakültəsinin 2-ci kurs tələbəsidir. YAP Ucar təşkilatının üzvüdür.

Mərkəz baxıcısı

Əliyeva Vüsalə Teymur qızı 2 avqust 1980-cı ildə Ucar rayonunun Qarabörk kəndində anadan olmuşdur.18 dekabr 2003-cü il tarixindən abidə nəzarətçisi vəzifəsində işləmişdir. 01.06.2018-ci il tarixdən Ucar Rayon Heydər Əliyev Mərkəzinə baxıcı təyin edilmişdir. Orta təhsillidir. YAP Ucar təşkilatının üzvüdür.