Heydər Əliyev və Ucar

Heydər Əliyev və Ucar

"Azərbaycan dünyaya günəş kimi doğacaq"

Heydər Əliyev

Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş fenomen şəxsiyyət kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazanaraq hələ sağlığında canlı əfsanəyə çevrilmişdir. Məhz dünyamiqyaslı ictimai-siyasi xadim Heydər Əliyevin titanik əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur.
Ulu öndərin vaxtilə söylədiyi "Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm" kəlamı bu gün də xalqımız tərəfindən qürurla xatırlanır.

Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövr minilliklər boyu davam edən dövlətçilik tariximizin şanlı səhifəsidir. Bu mərhələ Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi inkişaf üçün möhkəm təməlin yaradılması, milli-mənəvi yüksəliş, hər bir fərdin özünü layiqli vətəndaş olaraq dərk etməsi ilə müasir tariximizə əbədi həkk olunmuşdur.

Ucar rayonu da Ulu Öndərin diqqət və qayğısı nəticəsində abadlaşan rayonlardandır. Respublikaya rəhbərliyi dövründə Heydər Əliyev 1 iyun 1978-ci ildə Ucar rayonunda səfərdə olmuşdur.

Rayonumuzda onu ilk olaraq Ucarın katibi Sərxan İsmayılov, rayon qabaqcılları və məktəblilər gül-çiçəklə qarşılamışdır.

Heydər Əliyev rayonumuzun 4 kəndinə səfər etmişdir. Yuxarı Şilyan, Qazıqumlaq, Lək, Qaradağlı kəndlərin zəhmətkeşləri ilə görüşərək kolxoz və sovxozlara gedib iş prosesləri ilə yaxından tanış olmuşdur. Qazıqumlaq kəndində fermanın açılışında iştirak etmişdi. Sosialist əməyi qəhrəmanı Vəsilə Zahidova ilə görüşlər keçirmişdir.