“Unudulmaz lider Heydər Əliyev” mövzusunda “Açıq dərs” keçirilib.

“Unudulmaz lider Heydər Əliyev” mövzusunda “Açıq dərs” keçirilib.

Ucar Rayon Heydər Əliyev Mərkəzinin Tədbirlər Planına əsasən Azərbaycan dövlətçilik tarixində müstəsna xidmətləri olan görkəmli ictimai-siyasi, dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin irsinin təbliği məqsədilə mühazirələr davam etdirilir. 30.11.2021-ci il tarixində Ucar Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən Nizami Gəncəvi adına 3 nömrəli tam orta məktəbin şagirdlərinə “Unudulmaz lider Heydər Əliyev” mövzusunda “Açıq dərs” keçirilib. Dərsdə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında xidmətlərindən, Azərbaycanda sabitlik və inkişafın əldə olunmasındakı əvəzsiz rolundan danışıldı və bildirildi ki, Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyev böyük idarəçilik təcrübəsi və liderlik qabiliyyəti ilə heç bir təhlükəyə baxmadan Azərbaycanın çətin anlarında misilsiz fədakarlıq göstərərək ölkəmizi bəlalardan qurtarmağı bacardı və nəticədə güclü yenilməz Azərbaycan dövlətini yaratdı.Ulu öndərin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də bütün mənalı həyatını həsr etdiyi Azərbaycanı özündən sonra yaşada biləcək siyasi lider yetişdirməsidir. Ulu öndərin qurucusu olduğu müstəqil Azərbaycan İlham Əliyevin şəxsində dahi siyasətçi Heydər Əliyevin siyasi kursu ilə idarəçiliyini davam etdirdi. Bu çətin və şərəfli missiya idi. İlham Əliyev bu missiyanın öhdəsindən layiqincə gələrək, qətiyyətli və məqsədyönlü siyasi fəaliyyəti nəticəsində Azərbaycanın ərazi bütövlüyünü təmin etdi.