Heydər Əliyev Mərkəzinin əməkdaşları 22 oktyabr 2021- ci il tarixində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən Müharibəsi qəhrəmanlarından biri şəhid Hikmət İbrahimovun məzarını, daha sonra isə ailəsini ziyarət ediblər.

 Heydər Əliyev Mərkəzinin əməkdaşları 22 oktyabr 2021- ci il tarixində  Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən Müharibəsi qəhrəmanlarından biri şəhid Hikmət İbrahimovun məzarını, daha sonra isə ailəsini ziyarət ediblər.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 27 sentyabr - 8 noyabr tarixlərində Vətən müharibəsinin birinci ildönümünün qeyd olunması ilə bağlı Tədbirlər Planının icrası məqsədi ilə Ucar rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları 22 oktyabr 2021- ci il tarixində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən Müharibəsi qəhrəmanlarından biri şəhid Hikmət İbrahimovun məzarını, daha sonra isə ailəsini ziyarət ediblər.

Hikmət Zaur oğlu İbrahimov 23 iyun 2001-ci il tarixdə Ucar rayonu Qarabörk kəndində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Hikmət İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başladılan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Hikmət oktyabrın 22-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət İbrahimov ölümündən sonra "Vətən uğrunda", Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə", Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif edilib.