31 mart Soyqırımı Günü ilə əlaqədar “Tariximizi unutmayaq” mövzusunda ZOOM proqramı vasitəsi ilə onlayn videokonfrans keçirilmişdir

 31 mart Soyqırımı Günü ilə əlaqədar “Tariximizi unutmayaq” mövzusunda ZOOM proqramı vasitəsi ilə onlayn videokonfrans keçirilmişdir

31 mart tarixində Ucar və Salyan Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə “Tariximizi unutmayaq” mövzusunda ZOOM proqramı vasitəsi ilə onlayn videokonfrans keçirilmişdir.Tədbirdə Ucar və Salyan rayonunun gəncləri iştirak etmişdir.

Onlayn videokonfransı Ucar rayon Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribova açıq elan etmiş, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilimişdir.

Daha sonra tədbirdə çıxış edənlər xalqımıza qarşı törədilən bu ağır cinayətin tarixi faktlarına əsaslanaraq geniş məlumat vermişlər.1918-ci il 30 mart-3 aprel tarixlərində Azərbaycanın müxtəlif bölgələrində Bakı, Naxçıvan, Şamaxı, Lənkəran, Salyan və s. ərazilərdə yaşayan əhaliyə qarşı amansız qətliyam törədilmişdir.Bu qətliyamda 12 minə yaxın insan həlak olmuş, on minlərlə insan itkin düşmüşdür. Mədəniyyət abidələrimiz barbarcasına məhv edilmişdir.Bu hadisəyə, soyqrıma, qətliyama Ulu Öndər Heydər Əliyev tərəfindən siyasi qiymət verilmişdir. 26 mart 1998-ci il Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə hər il 31 mart Azərbaycanlıların soyqrım günü kimi qeyd olunmağa başlanılmışdır.