Ulu Öndər Heydər Əliyevin zəngin irsinin təbliği məqsədi ilə "Azərbaycan tarixində Heydər Əliyev imzası"mövzusunda onlayn tədbir keçirildi.

Ulu Öndər Heydər Əliyevin zəngin irsinin təbliği məqsədi ilə "Azərbaycan tarixində Heydər Əliyev imzası"mövzusunda onlayn tədbir keçirildi.

Ucar rayon Heydər Əliyev Mərkəzi Ulu Öndər Heydər Əliyevin zəngin irsinin təbliği məqsədi ilə "Azərbaycan tarixində Heydər Əliyev imzası"mövzusunda onlayn tədbir keçirdi.Tədbirdə Ənvər Məmmədxanlı kəndi Elman Əliyev adına ümumi orta məktəbin şagirdləri iştirak etdilər.Tədbiri giriş sözü ilə açan Ucar rayon Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribova tədbir iştirakçılarını salamladı və hər kəsi qələbə münasibəti ilə təbrik etdi.Mətanət Qəribova dahi lider Heydər Əliyevin Azərbaycanın inkişaf tarixindəki misilsiz xidmətlərindən danışdı.Məktəbin müəlliməsi Gülnar Qəhrəmanova Heydər Əliyevin təhsilə böyük qayğı göstərməsindən,gələcək nəslin vətənpərvər ruhda yetişməsindəki rolundan danışdı.Şagirdlərdən Nəzrin Quluzadə,Nigar Alıyeva mövzu ilə bağlı öz fikirlərini bildirdilər.Tədbir sonda vətənpərvərlik ruhunda şer söylənilməklə bitdi.