Kurslar

Rəsm kursu

Mərkəzdə həftədə üç gün rəsm kursu fəaliyyət göstərir. Kurs noyabrın 1-dən fəaliyyətə başlayıb, mayın 1-dək davam edəcək. Kurs üzvlərinə rəssamlığın sirləri öyrədilir. Üzvlərin rəsm əsərləri bir çox tədbirlərdə, sərgilərdə nümayiş etdirilir. Rayonda təşkil edilən bir sıra müsabiqələrdə qalibiyyət əldə ediblər. Kursun rəhbəri Rəşidə Fətəliyevadır.

Fotostudiya

Həftədə 2 gün fotostudiya fəaliyyət göstərir. Kurs oktyabrın 1-də fəaliyyətə başlayıb, iyunun 1-dək davam edəcək. Foto və video çəkilişlərin öyrədilməsini Mərkəzin fotoqrafı Azər Kərimzadə həyata keçirir. Şəhər məktəbliləri kurslara böyük maraq göstərirlər. Bu kursları təşkil etməkdə əsas məqsədimiz yeniyetmə və gənclərin öz asudə vaxtlarından səmərəli istifadə etməsi, onların istedadlarının üzə çıxarılması, onlarda vətənpərvərlik hissinin, vətəninə, müstəqil dövlətinə sədaqətli ruhunun gücləndirilməsi olmuşdur.