Ermənistan təcavüzünün nəticələri

Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olmuş, milyonlarla insanın taleyində əks olunmuşdur. XX əsrin sonlarına yaxın keçmiş SSRİ məkanında gedən ictimai-siyasi proseslər Sovet imperiyasının subyektləri olan bəzi respublikalarda münaqişələrlə müşayiət olundu. Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə olan torpaq iddiası yüzlərlə yaşayış məntəqəsinin xarabazarlığa çevrilməsi, minlərlə insanın həlak olması, 1 milyona qədər dinc əhalinin öz ev-eşiyindən didərgin düşməsi ilə nəticələndi.
Ucar rayonundan olan oğullarımız da vətən uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak etmişdilər.
Ucar Şəhərinin 153 şəhidi, 120 Qarabağ veteranı, 1 milli qəhrəmanı var.
Milli Qəhrəman Ehtiram Əliyev 1972-ci il 1 avqustda Ucar rayonunun Qazyan kəndində anadan olmuşdur. Orta təhsilini Ucar rayonunun Qazyan kəndində alıb. 1987-ci il səkkizinci sinfi bitirir və Bakı Maşınqayırma Texikumuna daxil olub. 1992-ci ilin iyunun 5-dən 1996-cı ilin avqustuna qədər hərbi xidmət keçib. 1995-ci ildə vətən qarşısında borcunu yerinə yetirərkən göstərdiyi igidliyə və şücaətə görə ona Azərbaycan Respublikası Prezidentinin 1995-ci il aprel tarixli 307 saylı Fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.
Adına məktəb olan şəhidlər
1.Salahov Sadiq Nəbi oğlu (1969-1992)- Qazqumlaq kənd 1№li tam orta məktəb
2.İsmayılov Natiq Hacıbala oğlu (1965-1992)- Əlikənd kənd tam orta məktəb
3.Həsənov Şirvan Mehdi oğlu (1971-1994)- Alpout kənd 2№ li tam orta məktəb
4.Əliyev Əziz Ağamirzə oğlu (1970-1992)- Qazyan kənd 2№ li tam orta məktəb
5.Məmmədov Zeynal Məmməd oğlu (1962-1988)- Qazyan kənd 3№ li tam orta məktəb
6.Abbasov Rafiq Cahangir oğlu (1961-1994)- Lək kənd 1№ li tam orta məktəb
7.Əhmədov Ayaz Əhməd oğlu (1973-1992)- Xalac kənd tam orta məktəb
8.Salmanov Sehran Məmmədhəsən oğlu (1970-1992)- Bağman kənd tam orta məktəb
9.Cavadov Təhmiraz Arif oğlu (1972-1993)- Yuxarı Şilyan kənd tam orta məktəb
10.Mustayev Ağamusa Cəlil oğlu (1973-1992)- Bərgüşad kənd 1№ li tam orta məktəb
11.Məmmədov Əhliman Mustafa oğlu (1974-1992)- Müsüslü kənd tam orta məktəb
12.Vəliyev Mübariz Mövsüm oğlu (1961-1992)- Küçəkənd kənd tam orta məktəb
13.Zülfüqarov Cəsarət Abış oğlu (1971-1994)- Qulabənd tam orta məktəb
14.Əliyev Elman Mehdi oğlu (1972-1992)- Yuxarı Çiyni kənd ümumi orta məktəb
15.Novruzov Bəhlul Qüddəsər oğlu (1964-1994)- Bərgüşad kənd ümumi orta məktəb