Rayon haqqında məlumat

Rayon haqqında məlumat

Ucar rayonu 24 yanvar 1939-cu ildə təşkil olunmuşdur. Rayonun adı, yaranma tarixi haqqında müxtəlif fikirlər söylənilir. Ərəb coğrafiyaşünası Əl-İstəxrinin "Məmləkətlərin yolları" kitabında Ucar Azərbaycanda orta əsr şəhəri kimi qeyd olunur. XV əsrdə yaşamış Azərbaycan şairi Bədr Şirvaninin yazılarında da Ucar sözünə rast gəlinir. Bəzi mülahizələrə görə rayonun adı Azərbaycan dilindəki "Uçar" sözundən əmələ gəlmişdir. Digər mülahizələrdə rayonun adının qədim Şirvanda yaşamış "Uçar" tayfasının adından götürüldüyü iddia olunur. Ucar sözünün "Ucqar" sözündən götürülməsi fikrini söyləyənlər də var. Hazırda Ucar rayonunun Azərbaycanın mərkəzi hissəsində yerləşməsinə baxmayaraq vaxtı ilə Şirvanşahların paytaxtı Şamaxı şəhərindən ən ucqar ərazidə yerləşdiyinə görə adının "Ucqar" sözündən götürüldüyü də ehtimal edilir. Ucar rayonunun ərazisi keçmişdə Şirvan bəylərbəyliyinin, sonralar Şamaxı xanlığının, daha sonra 1840-ci ilin 10 apreldə inzibati islahata əsasən Kaspi vilayətinin, 1846-cı ildə isə Şamaxı qurberniyasının tərkibində olmuşdur. 1859-cu ildə Şamaxıda zəlzələ nəticəsində dağılandan sonra quberniyanin mərkəzi Bakıya köçürülmüşdür. 1867-ci ilin dekabrında Bakı quberniyasının tərkibində Göyçay qəzası yaradılmışdır. Bu zaman Ucar rayonu Göyçay qəzasının tərkibində olmuşdur. 1930-cu ildə qəza bölgüsü ləgv edilmiş və rayon inzibati ərazi bölgüsünə keçilmiş, Ucar rayonu Göyçay Rayonunun tərkibində saxlanılmışdır. 1939-cu il yanvar ayının 14-də Ucar Göyçay rayonunun tərkibindən ayrılaraq müstəqil rayon kimi təşkil olunmuşdur.

1963-cü ildə Ucar rayonunun ərazisində dəyişiklik edilmişdir. Belə ki, 1963-cü ildə Zərdab rayonu ləgv edilərək, onun ərazisi, yəni 856 kv km sahəsi ilə birlikdə Ucar rayonuna verilmişdir. 1965-ci ildə Zərdab rayonu yenidən müstəqil rayon kimi bərpa olunarkən Ucardan ayrılmışdır.

Ucar rayonu Bakıdan 240 km qərbdə, Şirvan düzündə yerləşir. Ərazisində 32 yaşayış məntəqəsi var. Şimaldan Göyçay, şərqdən Kürdəmir, cənubdan Zərdab, qərbdən Ağdaş rayonları ilə əhatə olunur. Rayonun coğrafi mövqeyi olduqca əlverişlidir. Bakı-Tbilisi dəmir yolunun və magistral avtomobil yolunun Ucar rayonundan keçməsi, habelə Qədim İpək yolunun bərpa olunmaqla Ucardan keçməsi yerləşdiyi yerin iqtisadi əhəmiyyətini olduqca artırır.

Ucar rayonu Bakı şəhərindən 234 km qərbdə-Şirvan düzündədir. Mərkəzi Ucar şəhəri olmaqla Bakı-Tbilisi dəmir yolunun, Bakı-Gəncə və Göyçay-Zərdab magistral avtomobil yollarının qovşağında yerləşir. Səthi ovalıqdır. Ərazinin şərq və cənub-şərq hissəsi okean səviyyəsindən aşağıda yerləşir. Antropogen çöküntüləri yayılmışdır. Boz-çəmən torpaqları vardır. Ümumi torpaq fondu 83398 hektardır.

Bərgüşad kəndi yaxınlığında m.ə.II əsirə aid Qaratəpə, Qıztəpə, Adsıztəpə yaşayış yeri. Küp qəbirlər küpün böyüklüyünə, ölünün arxası üstdə qoyulmasına, istiqamətinə görə Azərbaycan ərazisindəki digər küp qəbirlərdən fərqlənir. Əsas çayları Göyçay və Türyan (Qarasu) çaylarıdır. Türyançay, Tikanlıçay, Ağçay (Qalaçay), Bumçay və Dəmiraparan çaylarının qovuşmasından yaranır. Əsas çay kimi götürülən Tikanlıçay öz mənbəyini Bazardüzü dağının cənub-qərb yamacından (3680 m) götürür. Çayın 10 qolu vardır. Göyçay çayı Lahıc dağ sistemindən - Kovdağın qərb yamacından (1980 m) başlayır. Çayın 10 qolu vardır.