Mərkəzin binası

Ucar Rayon Heydər Əliyev Mərkəzi milli memarlıq üslubunda inşa olunmuşdu. Mərkəzin tikintisinə 2009-cu ildə başlanılmış və 30 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən açılışı olmuşdur. 3 mərtəbədən ibarətdir.
Ümumi sahəsi-5270 kv.m.
Ekspozisiya zalı-383 kv.m.
Xalq yaradıcılıq studiyası-36 kv.m.
Xarici dillər-20 kv.m.
Rəsm studiyası-42 kv.m.
Fotostudiya-20 kv.m.
İnternet klub-138 kv.m.
Akt zalı-383 kv.m (208 nəfərlik).
Konfrans zalı-180 kv.m.
Rəsm qalereyası-190 kv.m.
Heydər Əliyev Mərkəzinin qarşısında 3 hektara yaxın sahədə xüsusi ornament və kompazisiya ilə qurulmuş parkda Ulu Öndərin əzəmətli heykəli ucaldılıb.
Heykəlin müəllifi Ömər Eldarovdur.