Tovuz rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları 44 günlük vətən müharibəsi şəhidi Hüseynov Emin Fərmayıl oğlunun ad günündə məzarini ziyarət etdilər

Tovuz rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları 44 günlük vətən müharibəsi şəhidi Hüseynov Emin Fərmayıl oğlunun ad günündə məzarini ziyarət etdilər

20 avqust 2021-ci il tarixdə Tovuz rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları 44 günlük vətən müharibəsi şəhidi Hüseynov Emin Fərmayıl oğlunun ad günündə məzarini ziyarət etdilər,ailəsi ilə görüşərək problemləri ilə maraqlandılar. Emin Hüseynov 1990-cı il avqustun 20-də Tovuz rayonunun Yanıqlı kəndində anadan olub.1997-2008-ci illərdə A.Hüseynov adına Yanıqlı kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir qızı və ölümündən sonra dünyaya göz açan bir oğlu yadigar qaldı. Emin Hüseynov 2008-2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Emin Hüseynov Tovuz döyüşlərindən sonra SHXÇDX-nə müraciət edib. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. İkinci Qarabağ müharibəsində iştirakı

Azərbaycan Ordusunun əsgəri olan Emin Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Vətən müharibəsi zamanı Murovdağın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Murovdağ döyüşləri zamanı yaralanmasına baxmayaraq yenidən döyüş meydanına qayıdıb. Qumbaraatan olan Emin Hüseynov Ermənistan Ordusunun canlı qüvvəsinin və texnikasının məhv edilməsində fərqlənib. Emin Hüseynov noyabrın 9-da Xocavənd döyüşləri zamanı şəhid olub. Tovuz rayonunun Yanıqlı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Emin Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Emin Hüseynov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Emin Hüseynov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Emin Hüseynov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

Allah şəhidlərimizə rəhmət eləsin.