Yaxın mədəniyyət müəssisələri

Aşıq Əkbər Cəfərov adına Tovuz rayon Mədəniyyət Mərkəzi

Tovuz rayon Mədəniyyət Mərkəzi 1953-ci ildən Mədəniyyət evi kimi 2016-cı ildən isə Mədəniyyət Mərkəzi kimi fəaliyyət göstərir. Mərkəz xalq teatrı, 12 mədəniyyət evi və 39 klubdan ibarətdir. Filiallarla birlikdə 147 nəfər işçi heyəti var. Mədəniyyət Mərkəzində saz, rəqs, rəsm, kompüter və dram dərnəkləri faliyyət göstərir.Mədəniyyət evində 350 yerlik zal fəaliyyət göstərir.

Aşıq Əsəd Rzayev adına Uşaq Musiqi Məktəbi

Ərazisi 656 kvadratmetr olan məktəbdə 108 müəllim heyyəti fəaliyyət göstərir. Məktəb 2 mərtəbədən 40 otaqdan ibarətdir.Təhsil alan tələbələr müsabiqələrdə fəal iştirak edirlər.Məktəbdə Tar,Kamança, Fortopiano,Saz,Səs, Muğam,Violen,dərsləri təsis edilir.