Rəhbərlik və əməkdaşlar

Mərkəzin 13 nəfər əməkdaşı var:

Direktor - Aslanova Humay Tofiq qızı,1985-ci ildə Tovuz rayonunda anadan olub. 2007-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakultəsini bitirib. 2008-ci ildən Baş elmi işçi, 2017-ci ildən isə direktor vəzifəsində çalışır.YAP Tovuz rayon təşkilatının üzvüdür.

Baş Fond Mühafizi - Tağıyeva Suqra Mehman qızı,1988-ci ildə Tovuz rayon Cəlilli kəndində anadan olub. 2009-ci ildə Gəncə Müəllimlər İnsitutunu bitirib. 2011- ci ildən muzey baxıcısı, 2017-ci ildən baş fond mühafizi vəzifəsində çalışır.

Elmi işçi - Sabirli Nərgiz Raqif qızı, 1992 -ci ildə Tovuz rayonunda anadan olub. 2015- ci ildə Bakı Qızlar İnsitutunu bitirib. 2016-ci il tarixdən nəzarətçi, 2017- ci il tarixdən isə kiçik elmi işçi vəzifəsində çalışır.YAP Tovuz rayon təşkilatının üzvüdür.

Bələdçi - Abbasova Aytac Elman qızı, 1991-ci ildə Tovuz rayonunda anadan olub. 2015- ci ildə Gəncə Müəllimlər İnstitunu bitirib. 2009 -cu il tarixdən bələdçi vəzifəsində çalışır.

Mərkəz Baxıcısı - Hüseynova Lalə Zakir qızı, 1987- ci ildə Tovuz rayon Əlimərdanlı kəndində anadan olub. 2008 - ci ildə Gəncə Müəllimlər İnsitutunu bitirib. 2017- ci ildən muzey baxıcısı vəzifəsində çalışır.

Kargüzar - Əliyeva Elnarə Məhəmməd qızı, 1981-ci ildə Tovuz rayonu Aşağı Quşçu kəndində anadan olub. 2004-cü ildə Gəncə Müəllimlər İnsitutunu bitirib. 2017-ci ildən kargüzar vəzifəsində çalışır.

Təsərrüfat müdiri- Məmmədova Liza Tofiq qızı, 1987- ci ildə Tovuz rayonunda anadan olub. Orta Təhsillidir. 2018- ci ildən təsərrüfat müdiri vəzifəsində çalışır.

Texniki işçilər- 6 nəfər.