Heydər Əliyev və Tovuz

Heydər Əliyev və Tovuz

İnsanlar vardır ki, doğulurlar bir müddət yaşadıqdan sonra ölürlər, öldükdən sonra isə onlari heç kəs xatırlamır, yaddaşlardan əbədi olaraq silinirlər. İnsanlarda vardır ki, doğulurlar, böyüyürlər dövləti üçün, milləti üçün, vətəni üçün əlindən gələni əsirgəmirlər. Öldükdən sonra isə əbədi olaraq insanların yaddaşında qalırlar. Azərbaycan tarixində və taleyüklü məsələlərin həllində bu kimi müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət xadimləri çox olmuşdur. Bunlar zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalmış və unudulmamışdılar. Belə tarixi şəxsiyyətlərdən biri də görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Azərbaycan xalqının “Ümummilli lideri” Heydər Əliyevdir. Çünki dövlət xadimlərindən ancaq bu dahi şəxsiyyət “milli lider” səviyyəsinə qədər yüksəlmişdir. Həm milli liderlik, həm də siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Ulu öndər bu iki keyfiyyəti ehtiva etməklə bərabər, fəaliyyət göstərdiyi bütün digər sahələrdə də özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir..

Heydər Əliyev Tovuza səfəri zamanı söyləmişdir tovuzun gözəl təbiəti qiymətli sərvəti var. Ən qiymətli sərvəti onun əməksevər insanlarıdır. Onların yaradıcı əməyi sayəsində rayonun iqtisadiyyatı möhkəmlənir, təsərrüfat planlarını müvəffəqiyyətlə yerinə yetirirlər.

Tovuz Dəmiryol Vağzalında qarşılanma.

Qovlar qəsəbəsində Böyük Vətən müharibəsində həlak olanların xatirə abidəsini ziyarət edərkən

Qovlar qəsəbəsində təsərrüfatçılarla görüş

Qovlar qəsəbə sakinləri ilə görüş

Qovlar qəsəbəsində üzümçülərlə görüş

Əyyublu kəndində qarşılanma mərasimi

Əyyublu kəndində üzüm bağları ilə tanışlıq

Əyyublu kəndində zəhmətkeşlərlə görüş

Əyyublu kəndində təsərrüfat rəhbəri ilə söhbət

Aşağı Quşçu kəndində süfrə üzümünün qablaşdırılması

Üzüm sahəsində qarşılanarkən

Tovuz səfəri ndə iştirak edən nümayəndə heyyəti arasında

Üzümçülərlə görüş

Yetişdirilmiş məhsul növləri ilə tanışlıq

Nizami adına mədəniyyət evində təsərrüfat fəallarının yığıncağı.

Nizami adına mədəniyyət evində təsərrüfat fəallarının yığıncağı

Təsərrüfat fəallları yığıncağında çıxış edərkən

Heydər Əliyevin Tovuza səfəri 1977-ci il 26 iyul Partiya- Təsərrüfat fəalları yığıncağında Heydər Əliyevin çıxışı.Biz iki il bundan əvvəl sizinlə görüşmüşdük.Bu müddət ərzində Tovuz rayonunda bütün sahələrdə,sübhəsiz,böyük dəyişikliklər baş vermişdir. Üzümçülük indi sizin rayonda inkişaf edir. Bura üzümçülük üçün çox münasib zonadır, və təsadüfü deyilki, biz son illərdə ikinci dəfə respublika üzümçülərinin müşavirəsini sizin rayonda keçiririk. Bu il siz gərək üzümçülükdə irəliyə doğru böyük bir addım atasınız...Keçən dəfə mən rayonda olarkən Kür çayı üzərində nasos stansiyası tikilməsi məsələsi qaldırılmışdı. İndi nasos stansiyasının tikilməsinə başlanılmışdır. Bu gün biz Kirov adına sovxozda su kəmərinin açılışında iştirak etdik. Mən çox şad oldum ki, işimizə Tovuz rayonunda su kəmərinin açılışı ilə başladıq. Səhər saat 8- də başlanan mitinqdə 101 yaşlı Göycə Əmrahov çıxış etdi. Onun çıxışı hamımızı heyran etdi. O qədər məzmunlu, o qədər ürəkdən, qəlbdən səmimi çıxış etdiki, doğurdan da bizim hamımızın ürəklərimizin, necə deyərlər sarı siminə vurdu.O,telləri tamamilə tərpətdi.Birdə məndə və Bakıdan gələn başka yoldaşların hamısında tam, qəti belə bir nəticə doğurdu ki, doğurdanda Tovuz rayonunun özüdə xoşbəxtdir, torpağıda xoşbəxtdir,iqlimi də, təbiəti də xoşbəxtdir,adamları da xoşbəxtdir. Mən arzu edirəmki, əlinizdə olan bu dövləti, bu sərvəti respublikanın daha da inkişaf etməsinə, daha da irəli getməsinə sərf eləyəsiniz.

Tarlada qarşılanma

Tovuz aşıqları ilə görüş

Tovuz rayon mədəniyyət evinin bədii özfəaliyyət kollektivinin çıxışına baxarkən

Xatınlı kəndində qarşılanma mərasimi

Xatınlı kəndində içməli su xəttinin açılışı

Xatınlı kənd sakinləri ilə görüş

Xatınlı kənd sakinləri ilə görüş

Xatınlı kəndində üzümçülərlə görüş

Xatınlı kəndində 101 yaşlı Göycə Əmanırahovla söhbət zamanı

Düz Qırıqlı kəndində ağac əkərkən

Heydər Əliyevin Tovuza səfəri 1980-ci il 11 sentyabr Tovuz rayon Partiya fəallarının yığıncağı.Tovuz rayonu bu son 10 il ərzində xeyli inkişaf etmiş və hər sahədə qabaqcıl təcrübə əldə etmişdir. Tovuz rayonunun zəhmətkeşləri içərisində fəallar, təsərrüfat partiya fəalları içərisində kənd təsərrüfatı mütəxəssisləri də başqa rayonlara nisbətən çoxdur, həm də onların istehsalatda zəngin təcrübəsi vardır.Təsadüfi deyilki, bu gün Məhər müəllim dediki, 100 nəfər gənc sizin rayon məktəblərindən ancaq Moskva, Lelinqrad və başqa şəhərlərdə oxuyur. Bu onu göstərir ki, sizdə təhsil işi yaxşı qurulub. Bu eyni zamanda onu göstərir ki, sizin rayonda gənclərin təhsil alması yəqin ənənəvi şəkil almış və bu barədə də siz üstünsünüz. Bax bunlar hamısı əsas verir deyək ki, Tovuz rayonunun həm iqtisadiyyat, həm mədəni quruculuq sahəsində bizim respublikada həm rolu böyükdür, həm də gələcək işlərimizdə fəaliyyəti böyük olmalıdır.

Tovuz şəhərində qarşılanma

Bozalqanli kənd sakinləri ilə görüş

Nizami adına sovxozun üzüm bağında

Nizami adına sovxozun əməkçiləri ilə görüş

Əlimərdanlı kəndində üzüm bağları ilə tanış olarkən

Əliməranlı kənd sakinləri ilə görüş

Kür çayı üzərində körpünün açılışı

Kür çayı üzərində körpünün açılışı

Kür çayı üzərində nasos stansiyasının inşaatçıları ilə görüş

Ceyrançöl qışlağında çobanlarla görüş

Nümayəndə heyyəti arasında

Heydər Əliyevin Tovuza səfəri 1998- ci il.

Ulu Öndərin Tovuz rayon sakinləri tərəfindən təntənəli qarşılanması

Ümummilli liderin Tovuzla əlaqədar çıxışları, dediyi qiymətli sözlər geniş bir kitabın mövzusudur.Yəqin ki, Ulu Öndəri çox sevən tovuzlular bu işin öhdəsindən də layiqincə gələcəklər.