Qalereya

Mərkəzin II mərtəbəsində Ümummilli liderin keçdiyi həyat yolunu və çoxşaxəli fəaliyyətini dolğun əks etdirən xatirə muzeyi yerləşir. Burada Heydər Əliyevin uşaqlıq və gənclik illəri ilə yanaşı, onun zəngin fəaliyyətinin bütün dövrləri barədə ətraflı məlumat almaq mümkündür. Daha geniş məlumat isə Heydər Əliyevin müasir Azərbaycana rəhbərlik etdiyi dövrdəki fotoşəkillərdə öz əksini tapmışdır. Heydər Əliyevin mədəniyyət və incəsənət xadimləri ilə görüşlərini əks etdirən fotoşəkillərin olduğu stendlər mövcuddur. Heydər Əliyevin Tovuz rayonuna etdiyi səfərləri və söylədiyi kəlamları yerləşdirilmişdir.