Tovuz rayon Heydər Əliyev Mərkəzində Bakının işğalçı erməni -bolşevik birləşmələrinin işğalından azad olunmasının 103 illiyi ilə əlaqədar “Türk- Azərbaycan qardaşlığının tarixə yazılan şanlı səhifəsi ” başlıqlı tədbir keçirildi

Tovuz rayon Heydər Əliyev Mərkəzində  Bakının işğalçı erməni -bolşevik birləşmələrinin işğalından azad olunmasının 103 illiyi ilə əlaqədar “Türk- Azərbaycan qardaşlığının tarixə yazılan şanlı səhifəsi ” başlıqlı tədbir keçirildi

15 sentyabr 2021-ci il tarixində Qazax, Ağstafa və Tovuz Rayon Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə Bakının işğalçı erməni -bolşevik birləşmələrinin işğalından azad olunmasının 103 illiyi ilə əlaqədar “Türk- Azərbaycan qardaşlığının tarixə yazılan şanlı səhifəsi ” başlıqlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova açaraq bildirdi ki, sentyabrın 15- də Bakının bolşevik hərbi birləşmələri, yadelli işğalçılar və erməni daşnaklarından azad edilməsinin 103 ili tamam olur. Bu xalqımızın tarixində ən şərəfli səhifələrdəndir. Bu tarixin yazılmasında Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun xüsusi rolu olub. Bu ordu Bakının azad edilməsində böyük şücaətlər göstərib, onun tərkibində vuruşan yüzlərlə türk əsgəri şəhidlik zirvəsinə yüksələrək dünyaya türk- azərbaycan qardaşlığının nümunəsini sübut edib.

Sonra söz Tovuz Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanovaya verilib. Humay Aslanova bildirdi ki, tarixi köklərə əsaslanan Azərbaycan- Türkiyə qardaşlığı bu gün daha da möhkəmlənən dostluq və qarşılıqlı əməkdaşlıq şəraitində keyfiyyətcə yeni mərhələyə keçməkdədir. Ölkələrimiz arasında əldə olunan yeni razılaşmalar, imzalanan müqavilələr xalqlarımız arasındakı dostluq, qardaşlıq münasibətlərinin möhkəmlənməsinə və sarsılmazlığına xidmət edir. Eyni zamanda Azərbaycan- Türkiyə qardaşlığı, bu iki ölkənin strateji əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə və bölgədə iqtisadiyyatın daha da güclənməsinə böyük təsir gücünə malikdir. 2020- ci ilin sentyabrında başlanan 44 gün davam edərək Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatan haqq- ədalət savaşında ilk günlərdən Azərbaycanın yanında olan Türkiyə Ümummilli lider Heydər Əliyevin “Bir millət- iki dövlət” şüarını rəhbər tutdu, Qazi Mustafa Kamal Paşa Atatürkün ifadəsi ilə “Azərbaycanın kədərini kədərləri, sevincini sevincləri” bildilər.

Ağstafa Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova öz çıxışında qeyd etdi ki, çoxəsrlik tarixi olan Azərbaycan- Türkiyə qardaşlığı və əməkdaşlığının bu gün İlham Əliyev- Rəcəb Tayyib Ərdoğan mərhələsi xalqlarımızın və ölkələrimizin şanlı birlik salnaməsinə qızıl hərflərlə yazılmış yeni səhifələr əlavə edir. Bu dostluq və qardaşlıq dostlarımız üçün sevinc, düşmənlərimiz üçün isə göz dağıdır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Türkiyə- Azərbaycan arasında tarixi birlik və qardaşlıq daima yüksələn xətlə inkişaf edir. Çünki bu qardaşlıq möhkəm təməllərə əsaslanır. Ümummilli lider Heydər Əliyevin “bir millət- iki dövlət” kəlamı həm siyasi, iqtisadi, mənəvi, həm də geostrateji mahiyyəti ilə ötən dövr ərzində öz təsdiqini tapıb. Bu istiqamətdə siyasi liderlərin nümunəvi münasibəti əsas rol oynayır. Atılan qəti addımlar, Azərbaycan- Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlədə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir. Prezident İlham Əliyev müxtəlif beynəlxalq tədbirlərdə həmişə qardaş ölkəyə birmənalı dəstək verməyin əsl örnəyini nümayiş etdirmişdir.

Sonra Tovuz Heydər Əliyev Mərkəzinin elmi işçisi Nərgiz Sabirli çıxış edərək 15 sentyabr Zəfər günü münasibətilə konfrans iştirakçılarını təbrik etdi və vurğuladı ki, Azərbaycanla Türkiyə arasında Şuşa Bəyənnaməsinin imzalanması münasibətlərin yeni mərhələdə inkişafını əks etdirən tarixi razılaşma olmaqla yanaşı, həm də iki dövlət arasında birliyin qardaşlığın əbədi olmasını dünyaya bəyan etdi.