Tovuz Heydər Əliyev Mərkəzində Azərbaycanın Vitse Prezidenti Mehriban xanım Əliyevanın doğum günü ilə bağlı dəirmi masa təşkil edilmişdir

Tovuz Heydər Əliyev Mərkəzində Azərbaycanın Vitse Prezidenti Mehriban xanım Əliyevanın doğum günü ilə bağlı dəirmi masa təşkil edilmişdir

26 avqust 2021-ci ildə Tovuz rayon Heydər Əliyev Mərkəzi və GİKM-nin Tovuz rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın Vitse Prezidenti Mehriban xanım Əliyevanın doğum günü ilə bağlı dəirmi masa təşkil edilmişdir. Tədbiri giriş sözü ilə açan Tovuz rayon Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova çıxış edərək bildirdi ki, bu gün Azərbaycanın birinci xanımı və Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Vətənin və xalqın taleyində bundan sonra da misilsiz rolu olacağına ,ölkənin sürətli və davamlı inkişafına yeni tövhələr verəcəyinə inamımız böyükdür.Bu inamı yaradan başlıca amil onun hər zaman dövlətçiliyimizə ,xalqımıza xidmət etmək istəyi, arzusudur. Bu əlamətdar gün münasibətilə onu humanist qəlbli,mərhəmətli ,şəfqətli, Birinci xanımı təbrik edir, Azərbaycançılıq məfkurəsinin inkişaf etdirilməsində hər zaman yeni yollar axdarışında olan Mehriban xanım Əliyevaya can sağlığı,uzun ömür ,səmərəli fəaliyyətində müvəffəqiyyətlər arzulayıram, daha sonra GİKMN-nın əməkdaşı Aytəkin Qurbanova çıxış edərək bildirdi ki,heç şübhəsiz təməli Ulu Öndər Heydər Əliyev tərəfindın qoyulmuş Azərbaycan-UNESCO əlaqələrinin indiki səviyyəyə yüksəlməsində Heydər Əliyev fondunun prezidenti Mehriban Əliyevanın böyük rolu var.Mehriban Əliyevanın UNESCO ilə əməkdaşlıq çərçivəsindəki fəaliyyəti müxtəlif ölkələrlə mədəni əlaqələrin gücləndirilməsi,sivlizasiyalararası dialoqun genişləndirilməsi istiqamətində mühüm nəaliyyətdir.Mehriban xanım Əliyeva özünün həm ictimai-siyasi fəaliyyəti ,həm də elmi yaradıcılığı ilə Azərbaycan qadınlarına nümunədir.

Sonda gənclər birlikdə Mehriban xanım Əliyevanı ürəkdən təbrik edərək gələcək islərində ugurlar arzuladılar.