Tovuz Heydər Əliyev Mərkəzində “Xalqın rifahına və dövlətin inkişafına həsr olunmuş çoxşaxəli fəaliyyət” mövzusunda onlayn videokonfrans təşkil edildi

Tovuz Heydər Əliyev Mərkəzində “Xalqın rifahına və dövlətin inkişafına həsr olunmuş çoxşaxəli fəaliyyət” mövzusunda onlayn videokonfrans təşkil edildi

26 avqust 2021-ci il tarixində saat 12.00- da Qazax, Ağstafa, Tovuz Rayon Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə “Xalqın rifahına və dövlətin inkişafına həsr olunmuş çoxşaxəli fəaliyyət” mövzusunda Zoom platforması üzərindən videokonfrans keçirildi. Videokonfransda 106 saylı Qazax, Ağstafa, Tovuz seçki dairəsindən Millət vəkili Ülviyyə Ağayeva, Ağstafa Regional Mədəniyyət idarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları və rəhbərləri iştirak etdilər.

Tovuz Rayon Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova videokonfrans iştirakçılarını salamladı və Azərbaycan Respublikasının Milli Məclisinin 106 saylı Qazax, Ağstafa, Tovuz seçki dairəsindən Millət vəkili Ülviyyə Ağayevaya söz verdi. Ülviyyə Ağayeva Azərbaycanda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş qadın siyasətindən danışaraq bildirdi ki, qadınlarımız bütöv bir tarix boyunca xalqımızın milli- mədəni ənənələrinin qorunub- saxlanmasına və zənginləşməsinə xidmət etmişdir. Bu gün bu tarixi missiyanı öz zərif çiyinlərində daşıyan və şərəflə, sədaqətlə xalqına, dövlətinə xidmət edən xanım Mehriban Əliyevadır. Mehriban xanım Əliyevanın ictimai və siyasi fəaliyyəti müasir tariximizdə Azərbaycan qadınının daha fərqli daha mükəmməl obrazını formalaşdırmış, beynəlxalq aləmdə Azərbaycan qadınların cəmiyyətin bütün sahələrində fəal iştirakı haqqında real təəssürat yaratmışdır. Mehriban xanımın qadın lider kimi formalaşması həm öz istetadı, mükəmməl təhsili, həm də taleyinə yazılmış Ulu öndər Heydər Əliyev kimi böyük dahi siyasətçinin həyat və siyasət məktəbindən dərs alması ilə səciyyələnir. Onun rəhbərliyi ilə xeyli sayda əhəmiyyətli layihələr həyata keçirilib və bütün bu layihələr xalqımızın, dövlətçiliyimizin mənafeyinə xidmət edib. Çıxışının sonunda Ülviyyə Ağayeva Birinci xanım, Azərbaycan Respublikasının Birinci vitse- prezidenti, UNESCO və İSESCO- nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanı ad günü münasibətilə təbrik etdi və ona şərəfli fəaliyyətində uğurlar arzu etdi.

Sonra söz videokonfrans iştirakçılarına verildi. Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova, Ağstafa Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, Tovuz Rayon Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova nəcib və xeyirxah qadın, ana, siyasi və ictimai xadim, Birinci xanım, Azərbaycan Respublikasının Birinci vitse- prezidenti, UNESCO və İSESCO- nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ölkəmizin inkişafında çoxşaxəli fəaliyyətindən danışdılar və bu yolda Mehriban xanım Əliyevaya möhkəm can sağlığı, uğurlar arzu etdilər.