Tovuz rayon Heydər Əliyev Mərkəzi Mehriban xanım Əliyevanın doğum günü münasibəti ilə videokonfrans keçirdi

Tovuz rayon Heydər Əliyev Mərkəzi  Mehriban xanım Əliyevanın doğum günü münasibəti ilə videokonfrans keçirdi

26 avqust 2020-ci il tarixdə Tovuz rayon Heydər Əliyev Mərkəzi və Zərdab rayon Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə “MEHRİBAN XANIM ƏLİYEVA:MİLYONLARIN ÜMİD ÇIRAĞI, MƏRHƏMƏT RƏMZİ VƏ QƏLBLƏRDƏKİ NƏCİB PORTRET” mövzusunda videokonfrans keçirildi.

Videokonfransda Ağstafa Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Tovuz rayon Heydər Əliyev Mərkəzinin kollektivi, eləcə də Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərinin əməkdaşları iştirak ediblər.

Videokonfransda çıxış edən Tovuz rayon Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova çıxışında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Azərbaycanda sosial və humanitar sahənin inkişafı, ölkəmizlə bağlı həqiqətlərin dünyada təbliği, xalqımızın maddi-mənəvi dəyərlərinin yenidən dirçəldilməsi, onların qorunub saxlanılması, dünya xalqlarının mədəniyyətlərinə inteqrasiyası istiqamətində böyük işlər gördüyünü xüsusi olaraq qeyd etdi.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova söylədi ki, müasirləşən və yeniləşən Azərbaycanı, onun dünyaya qovuşan ictimai və mədəni həyatını Mehriban Əliyeva fenomenindən kənarda təsəvvür etmək qeyri-mümkündür. Təsadüfi deyildir ki, onun beynəlxalq aləmdə geniş fəaliyyəti Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın dünyaya təqdimatının parlaq nümunəsi hesab olunur.

Göyçay rayon Heydər Əliyev Mərkəzinin direktoru Zenfira Əliyeva çıxışında Azərbaycan və dünya xalqlarının sosial-mənəvi həyatına verdiyi töhfələrlə yanaşı, Mehriban xanım Əliyevanın ictimai-siyasi fəaliyyəti ilə də nümunə təşkil etdiyini konfrans iştirakçılarının diqqətinə çatdırdı.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova, Göyçay rayon Heydər Əliyev Mərkəzinin işçisi Samirə Vəliyeva çıxışlarında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü genişmiqyaslı işlərin hər kəsə əsl örnək olduğunu qeyd etdilər.

Sonda videokonfrans iştirakçıları doğum günü münasibətilə Birinci vitse-prezident Mehriban xanım Əliyevanı səmimi qəlbdən təbrik edərək, Azərbaycançılıq məfkurəsinin inkişaf etdirilməsində hər zaman yeni yollar

axtarışında olan Mehriban xanıma cansağlığı və ailə səadəti arzuladılar.