Tovuz rayon Heydər Əliyev Mərkəzində "Biz Yurd Yerlərimizə Qayıdacağıq" adlı videokonfrans keçirildi

Tovuz rayon Heydər Əliyev Mərkəzində "Biz Yurd Yerlərimizə Qayıdacağıq" adlı videokonfrans keçirildi

21 avqust 2020-ci il tarixdə Ağstafa Regional Mədəniyyət İdarəsi Tovuz rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə Tovuz rayon Gənclər və İdman İdarəsinin əməkdaşlarınıın,Tovuz rayon M.Ələkbərov adına tam orta məktəbinin müəllim və şagirdlərinin iştirakı ilə Fizuli və Cəbrayıl rayonlarının ildönümü ilə əlaqədar "Biz Yurd Yerlərimizə Qayıdacağıq" adlı videokonfrans keçirildi.

Tovuz rayon Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova mövzu ətrafında danışaraq qeyd etmişdir ki,1988-ci ildən mütəmadi erməni hücumuna məruz qalan Füzuli rayonunun 1993-cü ilin 23 avqustunda 51 kəndi və rayon mərkəzi ermənilər tərəfindən işğal olunub. 1386 kv.km əraziyə malik Füzuli rayonun əhalisi təxminən 105 min nəfər olub ki, işğal zamanı 55 min sakini doğma torpağını tərk etmək məcburiyyətində qalıb. İşğal nəticəsində 1100-dən çox füzulili şəhid olub, 113 nəfər girov götürülüb. 1450 nəfər müxtəlif dərəcəli əlil olub.

1050 kv.km ərazisi olan Cəbrayıl rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən tutulması ilə 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 5 məscid, 2 muzey, 129 tarixi abidə, 149 mədəniyyət ocağı işğal altında qalıb. Cəbrayıldan olan 61100 nəfər məcburi köçkün ölkənin 58 rayonunun 2000-dən artıq yaşayış məntəqəsində məskunlaşıb.

Cəbrayıllılar içərisində 180 nəfərə yaxın Qarabağ müharibəsi əlili statusu alıb, 6 nəfər Azərbaycan Milli Qəhrəmanı fəxri adına layiq görülüb. Hazırda Cəbrayıl üzrə 351 nəfər şəhid ailəsi var.

1993-cü il dekabrdan başlamış 1994-cü il 6 yanvar tarixinə kimi davam edən Horadiz əməliyyatı nəticəsində Füzuli rayonunun 20 kəndi və Cəbrayıl rayonun Cocuq Mərcanlı kəndi Azərbaycanın nəzarətinə keçdi. Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd var ki, burada 51 min nəfər məcburi köçkün məskunlaşıb.

Onu da qeyd edim ki, Horadiz əməliyyatı Azərbaycan Ordusunun 1994-cü ilin qış aylarında keçirdiyi ən uğurlu əməliyyat olub. Əməliyyatda misilsiz qəhrəmanlıq nümunələri göstərdiklərinə görə 8 nəfər Azərbaycan Milli Qəhrəmanı adına layiq görülüb.

M.Ələkbərov adına tam orta məktəbin tarix müəlliməsi Firuzə Yahyayeva konfrans iştirakçılarına Azərbaycan ərazilərinin Ermənistanın işğalı altına düşməsinin səbəb və nəticələrindən danışaraq bildirib ki, dövlət müstəqilliyinin bərpasının ilk illərində respublikamızda ordu quruculuğunun ləngidilməsi, vahid komandanlığın formalaşdırılmaması, hərbi-siyasi rəhbərliyin iradəsizliyi xalqımızı ağır bəlalara düçar edib. Məhz buna görə də xaricdən verilən hərbi kömək hesabına Ermənistan öz işğalçılıq planlarını həyata keçirib. 1993-cü ilin avqustun 23-də Cəbrayılı və Füzulini ələ keçirən ermənilər işğal etdikləri hər bir yaşayış məntəqəsində olduğu kimi, bu rayonlarda da qətl, qarət və dağıntılar törədib, yerli sakinləri doğma torpaqlarından didərgin salıblar. BMT Təhlükəsizlik Şurası işğal edilən Füzuli, Cəbrayıl, Qubadlı və digər rayonlardan erməni silahlı qüvvələrinin qeyd-şərtsiz çıxarılmasını tələb edən 874 saylı qətnamə qəbul etsə də, bu qətnamə də digərləri kimi icra edilməyib, kağız üzərində qalıb.

Bildirib ki, ulu öndər Heydər Əliyev Azərbaycanda yenidən hakimiyyətə qayıdıb müstəqil dövlət quruculuğuna başladıqdan sonra qısa müddətdə səfərbər edilən ordu bölmələrimizin 1993-cü ilin dekabrında həyata keçirdiyi uğurlu hərbi əməliyyat nəticəsində Füzuli rayonunun Horadiz qəsəbəsi və 20 kəndi, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilib.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Qarabağda qoşunların təmas xəttində Ermənistanın hərbi təxribatlarının qarşısının qətiyyətlə alınması barədə əmrini yerinə yetirən ordumuzun qəhrəman əsgər və zabitləri 2016-cı ilin aprelində işğalçı qüvvələri Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyindən və ətraf ərazilərdən geri çəkilməyə məcbur ediblər. Nəticədə dinc əhalinin Cocuq Mərcanlı kəndinə qayıdıb öz yurd yerlərində yaşamasına şərait yaranıb və çox qısa bir vaxtda həmin kənd bərpa edilib, müxtəlif bölgələrdə məcburi köçkün kimi müvəqqəti məskunlaşmış sakinlərin buraya köçürülməsinə baş tutub.

Məktəblilərdən Validə Tağızadə Fizuli və Cəbrayıl rayonlarının corafi qurluşundan danışaraq çıxış etmişdir.

Sonda məktəbin şagirdi Nuranə Rüstəmova,Lalə Məmmədova vətən haqqında danışaraq şeirlər söyləmişdir.