Ermənistan təcavüzünün nəticələri

Ermənistan təcavüzünün nəticələri

1989- cu ildən başlayaraq ermənistanla 69 km sərhəddi olan tovuz rayonunun ərazisi, 11 sərhəd kəndinə daxil olan yaşayış məntəqələri və Tovuz şəhəri erməni silahlı birləşmələri tərəfindən sürəkli artileriya atəşinə tutulmuşdur. Nəticədə həmin kəndlərdə və Tovuz şəhərində çox sayda yaşayış evləri, təkcə Əlibəyli kəndində ümumi yaşayış fondunun 30 faizi, yol, qaz, elektrik və digər infrastrukturlar dağıdılaraq sıradan çıxmış məktəb binaları, təhsil, səhiyyə, mədəniyyət ocaqlarına, rabitə və digər komnikasiyalara ciddi zərər dəymişdir. İlkin hesablamalara görə erməni silahlı birləşmələrinin tovuz rayonunun iqtisadiyyatına vurduğu zərər 14 milyard manatdan çoxdur. Həmin məbləğ əldən çıxmış mənfəət də nəzərə alınmaqla indiki məzənnəyə konversiya olunarsa bir neçə dəfə artıq hesablanmalıdır.

Rayonun Milli Qəhrəmanları

1. Naiq Nəsir oğlu Yusifov – 1970-1992-ci illərdə yaşamışdır, rayonun Ağdam kəndindəndir

2. Qasım Qara oğlu Rzayev – 1971-1992-ci illərdə yaşamışdır, rayonun Əlibəyli kəndindəndir

Rayonun şəhidləri

1. Abbasov Qoşqar Asim oğlu 1975 Yuxarı Öysüzlü, Çənlibel bölgəsi, şəhidlər xiyabanı

2. Abbasov Kərim Musa oğlu 1971 Yuxarı Öysüzlü, Çənlibel bölgəsi, şəhidlər xiyabanı

3. Abdullayev Ayaz İsmayıl oğlu 1972 Bozalqanı kəndi, Kəlbəcər rayonu, şəhidlər xiyabanı

4 Abdullayev Nəriman Abdulla oğlu 1969 Abulbəyli kəndi, Ağdərə rayonu, şəhidlər xiyabanı

5. Abulov Rəfael Qəzənfər oğlu 1972 Bayramlı kənd, Ağdərə kəndi, şəhidlər xiyabanı

6. Axundov Zaur Valeh Oğlu 1971 Tovuz şəhəri, Sulutəpə zirvəsi, şəhidlər xiyabanı

7. Bayramov Eyvaz Cəmşid oğlu 1971 Tovuz şəhəri, Fizuli bölgəsi, şəhidlər xiyabanı

8. Cəfərov Akif Vəli oğlu 1954 Aşağı öysüzlü kəndi, Sulutəpə zirvəsi, şəhidlər xiyabanı

9. Eminov Emin Qəzənfər oğlu 1971 Azaflı kəndi, Fizuli rayonu, şəhidlər xiyabanı

10. Əliyev Həmid Fərhad oğlu 1971 Azaflı kəndi, Muncuqlu kəndi, şəhidlər xiyabanı

11. Əliyev Müşviq Abbas oğlu 1974 Yuxarı Öysüzlü, Ağdam rayonu, şəhidlər xiyabanı

12.Əliyev Elman Nəriman oğlu 1969 Bozalqanlı, Ağdam rayonu, şəhidlər xiyabanı

13. Əliyev Ceyhun Ramiz oğlu 1967 Tovuz Şəhəri, Ağdam rayonu, şəhidlər xiyabanı

14. Əliyev Hafiz Mustafa oğlu 1973 Bozalqanlı kəndi, Kəlbəcər rayonu, şəhidlər xiyabanı

15.Əliyev İlham Cəbrayıl oğlu 1955 Tovuz şəhəri, Kəlbəcər rayonu, şəhidlər xiyabanı

16. Həsənov Hafiz Əsgər oğlu 1972 Tovuz Şəhəri, Ağdərə rayonu, şəhidlər xiyabanı

17. Qasımov İlham Qurban oğlu 1975 Tovuz şəhəri ,Tərtər rayonu, şəhidlər xiyabanı

18. Musayev İsə Tofiq oğlu 1969 Aşağı öysüzlü kəndi, Tovuz Ağdam kəndi, şəhidlər xiyabanı

19. Məmmədov Vüqar Allahverdi oğlu 1970 Tovuz şəhəri, Goranboy rayonu, şəhidlər xiyabanı

20. Məmmədov Rövşən Əjdər oğlu 1966 Tovuz Şəhəri, Ağdam rayonu, şəhidlər xiyabanı

21. Məmmədov Zəki Ibrahim oğlu 1965 Tovuz şəhəri, Əlibəyli kəndi, şəhidlər xiyabanı

22. Novruzov Mais Məmməd oğlu 1962 Tovuz şəhəri, Tərtər rayonu, şəhidlər xiyabanı

23. Əliyev Vüqar Mürsəl oğlu 1974 Abulbəyli kəndi, Ağdərə rayonu ,Tovuz qəbiristanlığı

24. Bayramov İlqar Abbas oğlu 1963 Bozalqanlı kəndi, Ağdam kəndi, Bozalqanlı kənd qəbiristanlığı

1. Tovuz rayonundan şəhidlik zirvəsinə ucalmış şəhidimiz Rahib Nəriman oğlu Quluyev ölümündə sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə" Hərbi Xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

2. Mirsalam Təvəkkül oğlu Cəfərov ölümündən sonra göstərdiyi qəhramanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə " medalı ilə təltif edildi.

3. Tovuz rayonu Ağdam kənd sakini Yusif Nəsir oğlu Naiq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə "Milli Qəhraman " fəxri adına layiq görülmüşdür.

4.Tovuz rayonu Əlibəyli kənd sakini Rzayev Qasım Qara oğluna Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə ölümündən sonra Azərbaycanın "Milli qəhrəmanı" adı verilmişdir.

5.Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adı Tovuzda əbədiləşdirilib. Tovuz rayonunun Əsrik dərəsi ərazisində "Mübariz bulağı" kompleksi tikilib, bulaq yaxınlığındakı adsız zirvəyə isə " Mübariz zirvəsi" adı verilib.

6. Tovuz rayonundan olan şəhidimiz Çingiz Salman oğlu Qurbanovun adının əbədiləşdirilməsi ilə bağlı əmrin icrasi ilə bağlı şəhidin xidmət etdiyi hərbi hissənin qərargahı qarşısında "Şəhid Milli Qəhramanlarımız" xatirə abidəsi ucaldılıb. Həmin abidədə Çingizlə yanaşı 22 yaşında şəhidlik zirvəsinə ucalmış hərbi hissənin yetirmələri olan digər Milli Qəhramanlar:

Qasım Qara oğlu Rzayev və Naiq Nəsir oğlu Yusifovun da portretləri öz əksini tapıb.