Mərkəzin binası

Mərkəzin binası

Umumi sahəsi 540 kv.m olan Tovuz rayon Heydər Əliyev Mərkəzi 2008-ci il sentyabrın 24-də cənab Prezident İlham Əliyevin Tovuz rayonuna səfəri zamanı açılmışdır. İki mərtəbədən ibarət mərkəzdə I mərtəbədə ulu öndərin qranitdən yonulmuş büstü, həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən qısa materialdan, hakimiyyəti illərində söylədiyi kəlamlardan ibarət lövhələr var. I mərtəbə 1 Qazanxana, 2 inzibati otaq, 1 qəbul otağı, 1 müdir otağı, 2 sanitar qovşağından ibarətdir.

II mərtəbə 1 ekspozisiya zalı, 1 konfrans zalı, 1 kitabxanadan ibarətdir.

Ekspozisiya zalında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən foto şəkillər, sənədlər və kitablar toplanmışdır. Mərkəzdə 987 eksponant (o cümləədən, 91 fotoşəkil, 9 kətan parça üzərində yağlı boya ilə işlənmiş portret, 512 adda 678 kitab, 21 sənəd, 1 büst) var. Ekspozisiya zalında Heydər Əliyevin Tovuz rayonuna müxtəlif illərdə səfərlərini əks etdirən foto stendlər də var.

İl ərzində Mərkəzin illik tədbirlər planına uyğun tədbirlər, sərgilər və səyyar görüşlər təşkil edilir.

Bina - Heydər Əliyev Meydanında yerləşir və rayon mərkəzinə xüsusi bir gözəllik verir.

Sərgi sahəsi (foyesi)- xüsusi təşkil edilmiş tədbirlər üçün nəzərdə tutulmuşdur. Bayram şənliyi tədbirləri, gecələr, iclas və tədbirlər və s

Konfrans zalı- Tədbirlərin keçirilməsi üçün nəzərdə tutulub.

Kitabxana - 512 adda 678 kitabla zəngindir, həmçinin kitabxana bədii ədəbiyyatlada zəngindir. Gənclər də asudə vaxtlarını səmərəli keçirmək üçün mərkəzin kitabxanasından istifadə edirlər

Muzey - Ulu öndər Heydər Əliyevin şəkillərindən ibarət stendlər mövcuddur. Həmçinin Tovuz rayonuna etdiyi səfərlərdə çəkilmiş fotoşəkillər stendlərdə öz əksini tapır