Tərtər rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Fəridə Süleymanovanın 5 Oktyabr - " Müəllimlər günü " ilə əlaqədar olaraq yazdığı məqaləni sizə təqdim edirik.

Tərtər rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Fəridə Süleymanovanın 5 Oktyabr - " Müəllimlər günü " ilə əlaqədar olaraq yazdığı məqaləni sizə təqdim edirik.
Tərtər rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Fəridə Süleymanovanın 5 Oktyabr - " Müəllimlər günü " ilə əlaqədar olaraq yazdığı məqaləni sizə təqdim edirik. Peşə bayramın mübarək, ən ali insan! İnsan dünyaya gəldiyi andan müxtəlif yollar qət edir. Məktəb gedəcəyimiz yolların ilk dayanacağıdır. Həyatımızın ən xoş, qayğısız 11 illini yaşayacağımız evimizdir, bizim ikinci ailəmizdir. O məktəbin soyuq divarlarını isti nəfəsi ilə isididənlər, bizim yolumuza ilk işıq tutanlar, ilk dəfə bizələrə Ana, Vətən sözlərini yazmağı öyrədənlər, bizə ana nəvazişi, ata qayğısı göstərənlər ,dostluğun, paylaşmağın nə qədər dəyərli olduğunu başa salanlar isə müəllimlərimizdir. Bizim əziz müəllimlərimiz..... Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyev müəllimlik peşəsini ən şərəfli peşə hesab edərək qeyd edirdi ki, hər kəs öz tərcürmeyi-halı, öz həyat yolu ilə məktəbin, müəllimin insanın həyatında nə kimi rolu olduğunu bilir və qiymətləndirməlidir. Mən isə həmişə həyatımda bütün varlığımla, keçdiyim həyat yolu ilə məktəbə borcluyam, müəllimə borcluyam. Bu gün mən bəyan edirəm ki, bu gün bizim müstəqil Azərbaycanda, Azərbaycan cəmiyyətində bu gündə gələcəkdə də müəllim ən hörmətli insan kimi qəbul edilməlidir və müəllimlik peşəsi ən yüksək qiymətə layiq olan peşədir. Əziz müəllimlərimiz, hər şeyin ən doğrusunu, bütün elmlərin sirlərini biz sizlərdən öyrənmişik. Siz bizə dünyanın öz oxu ətrafında necə hərəkət etdiyini, qəlbimizin necə döyündüyünü, bir ilin fəsillərini, fəsillərdəki ayları, kuşların necə uçduğunu, ağacların necə böyüdüyünü lövhəyə yazaraq səbirlə öyrətdiniz. Dünyada sizin peşəniz qədər şərəfli ikinci bir peşə tanımırıq. Müəllimlik peşəsin sadəcə 45 dəqiqəlik dərslərdən ibarət olmadığını sizlərdən öyrənmişik. Siz bizə elm öyrətməkdə mükəlləf olduğunuz halda, həyatı insanlığı, vətən eşqini öyrətdiniz. Bizim mənliyimizi, bizim kimliyimizi, bizim tariximizi, Türk olmağın nə qədər şərəfli olduğunu sizlərdən öyrənmişik. Mustafa Kamal Atatürk əsərinin üzərində imzası olmayan yeganə sənatkarlar müəllimlərdir deyirdi. Doğurdan da elədir. Müəllimlər bütün peşə sahiblərini yetişdirən və gələcəyimizi quran sənətkarlardır. Əziz müəllimlərim sizinlə birlikdə dəqiqələri saatlara, günləri illərə deyişdik və yollarımız 11 ilin sonunda məktəb sıralarında ayrıldı, universitet illərində yenidən birləşdi və zamanı yetdiyində yenidən sizlərdən ayrıldım. Yollarımız ayrılsada ürəyimdəki yeriniz ummayacağınız qədər böyük və ülvidir. Bu gün öz ayaqlarımız üzərində dura, addımlaya biliriksə bilin ki, sayənizdədir. Ey hörmətli müəllimlər, həyatımın hər yolunda izi olan müəllimlər bu gün sizin bayramınızdır. Bu münasibətlə ömür kitabımda imzası olan hər bir müəllimi onların timsalında respublikamızın bütün təhsil ocaqlarında bu şərəfli vəzifəni şərəflə yerin yetirən peşə sahiblərini ürəkdən, ən içdən arzularımla təbrik edirəm. Ömrünüzün ən gözəl illərini bizə həsr etdiyiniz üçün, bizə sərf etdiyiniz hər bir qiymətli dəqiqələr üçün sizə sonsuz təşəkkürlər. Müəllif : Tərtər rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Fəridə Süleymanova 1