Tərtərdə qanvermə aksiyası keçirilib

Tərtərdə qanvermə aksiyası keçirilib
Tərtərdə qanvermə aksiyası keçirilib Milli Hematologiya və Transfiziologiya Mərkəzi - Qan Bankı bölməsinin təşkilatçılığı ilə Tərtər rayonunda qanvermə aksiyası keçirilib. Tərtər rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları da könüllü olaraq aksiyada iştirak edib. Tədbir iştirakçıları əvvəlcə həkim nəzarətindən keçirilib, daha sonra onlar qan vermək üçün masalara yaxınlaşıblar. Toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra aidiyyəti üzrə təhvil veriləcək və qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.