Bərdə Regional Mədəniyyət İdarəsi Tərtər rayon Heydər Əliyev Mərkəzində Vətən müharibəsində Tərtər rayonunun qazilik zirvəsinə ucalmış igidləri ilə görüş keçirildi.

Bərdə Regional Mədəniyyət İdarəsi Tərtər rayon Heydər Əliyev Mərkəzində Vətən müharibəsində Tərtər rayonunun qazilik zirvəsinə ucalmış igidləri ilə  görüş keçirildi.
Bərdə Regional Mədəniyyət İdarəsi Tərtər rayon Heydər Əliyev Mərkəzində Vətən müharibəsində Tərtər rayonunun qazilik zirvəsinə ucalmış igidləri ilə görüş keçirildi. Tədbiri giriş sözü ilə açan mərkəzin direktor əvəzi Səfərova Samirə ilk növbədə qazilərimizi salamladı. O bildirdi ki, Azərbaycanın bütövlüyü uğrunda sağlamlığını itirən siz qazilər bütün gənclərə, eyni zamanda bütün ölkə vətəndaşlarımıza örnəksiniz. Siz bu ölkənin qəhrəmanları, Azərbaycanın qalib ordusunun müzəffər əsgərlərisiz. Siz bizim qəhramanlarımız, qürür qaynağımızsınız. Hər bir ölkə vətandaşı öz qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şey öyrənməlidir. Biz sizlərlə fəxr edirik! Daha sonra söz mərkəzimizin qonağı, qazi Məmişov Rəşad Ələsgər oğluna verildi. Qazimizin nitqindən bizə məlum oldu ki, uzun müddət o hərbi sahədə xidmət göstərib. Vətən müharibəsi başlayan əsnada artıq yeddi il idi ki, müddətdən artıq hərbi vəzifə borcunu yerinə yetirirdi. Müharibə zamanı topçu vəzifəsin icra edib. Müharibənin ikinci günü 28 sentyabrda baş nahiyəsindən ağır yaralanıb. Çox təəssüf ki, qazimiz müharibənin gedişatını və yaralanma anını aldığı zərbə səbəbi ilə xatırlamır. "Cəsur döyüşçü" medalı ilə təltif olunub. Qazimiz ailəlidir. Məktəbəqədər və məktəb təhsili alan üç qız övladı var. Mərkəzimizin digər qonağı qazi Axundov Misir Hilal oğlu oldu. Axundov Misir həqiqi hərbi xidmətimi yerinə yetiridi. 2 oktyabr tarixində Füzuli Cəbrayıl istiqamətində gedən döyüş əməliyyatları zamanı yaralanıb. Minaatan, kəşfiyyatçı məsəfa ölçən vəzifəsini icra edirdi. Müharibənin gedişatı zamanı yaralı döyüş yoldaşlarına ilkin tibbi yardım göstərmişdir. Qazimizin aldığı yara o qədər ciddi olub ki, döyüş yoldaşları onun dünyasını dəyişdiyini düşünüb və üç gün morqda qalıb. "İgidliyə görə" medalı ilə təltif olunub. Subaydır. Digər qazimiz Abdullayev İsmət Həmid oğlu Ağdərə istiqamətində gədən döyüşlərin iştirakçısı olub. Müharibə zamanı tuşlayıcı vəzifəsini icra edirdi. Eyni zamanda qazimizin qardaşı da onunla bərabər döyüşlərdə iştirak edirdi. Qazimiz qol və ayaq nahiyyəsindən ciddi yaralar alıb. "Cəsur döyüşcü".medalı ilə təltif olunub. Vətənə olan sevgisi o qədər böyükdür ki, o müalicəsin bitirdikdən sonra bir qazi kimi yenidən ordu sıralarına qayıtmaq fikrindədir. Ailə vəziyyəti subaydır. Mərkəzimizin digər qonağı qazi Abbaslı Sadıq Rəfael oğlu idi. Murov dağ və Suqovuşan istiqamətində gədən döyüşlərdə iştirak edib. Vətən müharibəsi başlayan əsnada artıq dörd il idi ki, müddətdən artıq hərbi vəzifəsə borcunu yerinə yetirirdi. Müharibə zamanı kəşfiyyatçı vəzifəsin icra edirmiş. 5 noyabr tarixində yaralanmışdır. Qazimizin nitqindən onun əsil vətənpərvər olduğunun şahidi olduq, biz bir daha fəxr edirik ki, bizim müzəffər ordumuzun qalib əsgərləri eyni zamanda ahəngdar inkişaf etmiş şəxsiyyətlərdir. Qazimiz ailəlidir. Bir övladı var. "Cəsur döyüşcü" medalı ilə təltif olunub. Nuruzadə İlkin Ələsgər oğlu gizir kimi xidmətini icra edirdi. Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Tank komandiri idi. Sağ qolu ampultasiya edilib. Ailə vəziyyəti subaydır. Sonda bütün qazilərimizə Allahdan şəfa, şəhidlərimizə rəhmət diləyirik. Bir ölüb min dirilən igidlər, şanlı ordunun cəsur döyüşçüləri, siz bizim qürurumuzsuz! Sən igid və qəhrəmansan Sən ümidsən və gümansan Ya şəhid ya qazisən sən. Hər halınla razisən sən Salam olsun, ey Azərbaycana sərvər Halal olsun sənə, əsgər!