Yaxın mədəniyyət müəssisələri

Tərtərdə Uşaq-Gənclər Şahmat Məktəbi

Tərtərdə Uşaq-Gənclər Şahmat Məktəbi Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilib. 2016-cı il dekabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva şahmat məktəbinin yeni binasının açılış mərasimində iştirak ediblər.

Ümumi sahəsi 1300 kvadratmetr olan üçmərtəbəli binada inzibati otaqlar, kabinetlər, iclas və oyun zalları var. Məktəbdə yaradılan 8 sinif otağı zəruri avadanlıqla təchiz edilib. Burada yarışların canlı izlənilməsi üçün monitor da quraşdırılıb. Hazırda məktəbdə 15 nəfər çalışır.

Tərtər rayon Tarix-diyarşünaslıq muzeyi

Tərtər rayon Tarix-diyarşünaslıq muzeyi 1981-ci ildən iki işçi ilə fəaliyyət göstərib.İki il Tərtər Cümə məscidində sonra isə 1984-ci ildən Uşaq Musiqi məktəbinin 1-ci mərtəbəsində 35m2 sahədə fəaliyyət göstərmişdir. 2016-ci ilin sonuna 1570-eksponat,2017-ci ilin bu gününə isə 2016 eksponat nümayiş etdirilmişdir.2017-ci ildə Tarix-diyarşünaslıq muzeyi üçün yeni müasir bina tikilmişdir.Hal-hazırda muzeyin yeni ərazisi 1200 m2-dir.

Tərtər rayon Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkı

Tərtər rayon Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkı 2012-ci ildən Tərtər sakinlərinin isdifadəsinə verilib.Parkın sahəsi 1,5 hektar ərazini əhatə edir.