Muzey

Muzeydə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə dair tarixi sənədlərə geniş yer verilib. Burada Ümummilli Liderin həyatının uşaqlıq, gənclik və tələbəlik illəri, həmçinin sovet və müstəqillik dövrünə aid müxtəlif fotoları maraqla qarşılanır. Bu fotolarda Ümummilli Liderin istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə Azərbaycana rəhbərliyinin müxtəlif məqamları əks olunub. Mərkəzin II mərtəbəsində Ümummilli Liderin keçdiyi həyat yolunu, çoxşaxəli fəaliyyətini dolğun əks etdirən xatirə muzeyi yerləşir.

Bundan başqa, Muzeydə Ümummilli Liderlə bağlı kitablar, sənədlər və digər maraqlı eksponatlar sərgilənir. Heydər Əliyevin uğurlu həyat yolunu əks etdirən ekspozisiya zalı 14 fotostend, 5 kitab, 5 sənəd vitrinindən və 1 büstdən ibarətdir.Muzeyin bir hissəsində prezident İham Əliyevin Tərtərə etdiyi səfərlərin fotoları yerləşir.