Heydər Əliyev və Tərtər

Tərtər Azərbaycanın gözəl təbiəti, bərəkətli torpağı, zəngin keçmişi və əməksevər insanların yaşadığı bir diyardır.

H.Əliyev.

Heydər Əliyevin nəsillərə örnək olan mənalı ömür yolunun maraqlı anlarının, həssas məqamlarının, gözəl çağlarının yaşandığı məkan kimi Tərtər rayonu da diqqəti cəlb edir.

Tərtər rayonunda Heydər Əliyev Mərkəzinin yaradılması təşəbbüsü ilk növbədə Tərtərin tarixinə şanlı səhifə kimi yazılan Heydər Əliyevin respublikamıza birinci rəhbərliyi dövrünə dair zəngin materialların, o vaxtlar təkcə bu bölgənin deyil, bütövlükdə ölkəmizin fəalları olan tərtərlilərin Ümummilli Liderlə bağlı xatirələrinin toplanması zərurətini doğurdu. Ulu Öndərlə şəxsən görüşmək xöşbəxtliyi nəsib olmuş müxtəlif peşə sahiblərinin, zəhmətkeşlərin, sadə insanların yaddaşlardan silinməyəcək xoş xatirələrinin, fotoşəkillərin, məktubların geniş ictimaiyyətə şatdırılması çox vacibdir. Bütün bunlar mərkəzin maraqlı eksponatları kimi həm də görkəmli şəxsiyyət olan Heydər Əliyevin azərbaycançılıq amallarını, müasir və müstəqil dövlət quruculuğu üzrə uğurlu siyasi kursunu parlaq əks etdirir.

Bu materiallar təkcə Tərtərin və tərtərlilərin tarixi deyil, bütöv Azərbaycanın keçdiyi inkişaf yolunun, ən başlıcası isə ƏN BÖYÜK AZƏRBAYCANLININ sönməz həyatının bir hissəsidir.

Ulu Öndər Heydər Əliyev Tərtər rayonuna 2 dəfə səfər etmişdir.

1-ci 1975-ci il 16 avqust tarixində Sərsəng su elektrik stansiyasının tikintisi zamanı, görülmüş işlərlə maraqlanmışdır.

1978-ci il 29- 30 sentyabr tarixində Tərtər rayonuna 2-ci dəfə səfər etmişdir.Səfər zamanı Axundov adına kolxozda zəhmətkeşlərlə görüş keçirmişdir. Görüş zamanı zəhmətkeşlərlə səmimi söhbət aparmışdır.