Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi İlyas Hacıyev videokonfrans keçirib

Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi İlyas Hacıyev videokonfrans keçirib
Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi İlyas Hacıyevin rəhbərliyi ilə onlayn şəkildə növbədənkənar Şura iclası keçirilib. Əvvəlcə mayın 19-da Mədəniyyət naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nazirliyin aparat işçilərinin, regional mədəniyyət idarələrinin rəhbərlərinin iştirakı ilə onlayn keçirilən videokonfrans zamanı verdiyi tapşırıqları Regional idarənin rəisi İlyas Hacıyev Aparat işçilərinin, regional idarənin əhatə etdiyi şəhər və rayonların nümayəndələrinin, mədəniyyət müəssisələrinin rəhbərlərinin nəzərinə çatdırıb. Həmçinin mədəniyyət müəssisələrinin fəaliyyətinin təmin olunması istiqamətində bir sıra vacib məqamlar diqqətə çatdırılmış, karantin rejiminin qismən yumşaldılması haqqında Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına uyğun olaraq, mayın 18-dən etibarən muzeylər, sərgi salonları və qalereyaların fəaliyyətinin bərpa edilməsi ilə bağlı lazımi işlərin görülməsinin zəruriliyi qeyd edilmişdir. Bu məkanlarda dezinfeksiya tədbirlərinin davam etdirilməsi, ziyarətçilərin tibbi maskalardan istifadə etmələrinə diqqət yetirilməsinin vacibliyi vurğulanmışdır. Daha sonra regional idarənin rəhbərliyi növbədənkənar onlayn Şura iclasında Bərdə Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi şəhər və rayonlarda yerləşən mədəniyyət müəssisələrində dezinfeksiya işlərinin davam etdirilməsi, elektron xidmətdən daha çox istifadə edilməsi, uşaq musiqi və incəsənət məktəblərlərində onlayn dərslərin davamlı olaraq keçirilməsi, mədəniyyət mərkəzlərinin, kitabxanaların, muzeylərin fəaliyyətinin genişləndirilməsi, virtual sərgilərin təşkil edilməsi, videoçarxların yüksək səviyyədə hazırlanması, son vaxtlar Mədəniyyət Nazirliyində baş verən xoşagəlməz hallarla bağlı müəssisə rəhbərlərinin neqativ hallara yol verilməməsi ilə əlaqədar fikir və iradlarını bildirib, ciddi tapşırıqlarını verib. Eyni zamanda musiqi məktəblərinə şagird qəbulunun və müəllimlərin işə qəbulunun onlayn şəkildə həyata keçirilməsini diqqətə çatdırıb. Sonda mədəniyyət müəssisələrinin rəhbərlərinin görülmüş işlər barədə hesabatları, sual və təklifləri dinlənilib.