Bərdə Regional Mədəniyyət İdarəsi Tərtər rayon Heydər Əliyev Mərkəzi 1 dekabr – Laçın rayonun işğaldan azad olunması ilə əlaqədar olaraq “Azad Laçın “ adlı dəyirmi masa təşkil edildi.

Bərdə Regional Mədəniyyət İdarəsi Tərtər rayon Heydər Əliyev Mərkəzi 1 dekabr – Laçın rayonun işğaldan azad olunması ilə əlaqədar olaraq  “Azad Laçın “ adlı dəyirmi masa təşkil edildi.
Bərdə Regional Mədəniyyət İdarəsi Tərtər rayon Heydər Əliyev Mərkəzi 1 dekabr – Laçın rayonun işğaldan azad olunması ilə əlaqədar olaraq “Azad Laçın “ adlı dəyirmi masa təşkil edildi. Tədbirdə Laçın rayon sakinləri və Laçın rayon Nərimaniya kənd orta məktəbinin müəllim və şagird kollektivi iştirak etdilər. Tədbiri giriş sözü ilə açıq elan edən Tərtər rayon Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova ilk növbədə qonaqları salamladı. Vətən uğrunda şəhadətə yüksəlmiş şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Sonra Səlimə xanım tədbir iştirakçıları ilə Laçın rayonu haqqında təəssüratlaarını bölüşdü. Tədbirin gedişatı zamanı Lacın rayon Nərimaniya kənd orta məktəbinin müəllim və şagird kollektivi də Laçın rayonu ilə əlaqədar öz fikirlərini bizimlə bölüşdü. Tədbirin sonunda isə Laçın rayonun görüntülərini özündə əks etdirən videoçarx göstərildi.